Şanlı tariximizlə qürur duyuruq

27.08.2026

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər Laçının azadlığını təmin etdi. 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar zamanı ordumuz düşməni döyüş meydanında məğlub edərək kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Laçın rayonu 2020-ci il dekabrın 1-də bir güllə belə atılmadan, qan tökülmədən və şəhid verilmədən siyasi-diplomatik yolla Azərbaycana təhvil verildi. Bu unikal uğur döyüş meydanında qazanılan qələbənin diplomatik müstəvidəki birbaşa nəticəsi idi. Daha sonra, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də rəsmi şəkildə tamamilə nəzarətimizə keçdi. Bu möhtəşəm tarixi nailiyyət Ali Baş Komandanın böyük strateji zəkası, "Dəmir Yumruq" birliyi və canlarını fəda etmiş qəhrəman şəhidlərimizin şücaəti sayəsində mümkün oldu.
Ülkər Əliyeva
YAP Yevlax rayon təşkilatının fəalı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью