Şanlı tariximizlə qürur duyuruq
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər Laçının azadlığını təmin etdi. 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar zamanı ordumuz düşməni döyüş meydanında məğlub edərək kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Laçın rayonu 2020-ci il dekabrın 1-də bir güllə belə atılmadan, qan tökülmədən və şəhid verilmədən siyasi-diplomatik yolla Azərbaycana təhvil verildi. Bu unikal uğur döyüş meydanında qazanılan qələbənin diplomatik müstəvidəki birbaşa nəticəsi idi. Daha sonra, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də rəsmi şəkildə tamamilə nəzarətimizə keçdi. Bu möhtəşəm tarixi nailiyyət Ali Baş Komandanın böyük strateji zəkası, "Dəmir Yumruq" birliyi və canlarını fəda etmiş qəhrəman şəhidlərimizin şücaəti sayəsində mümkün oldu.
Ülkər Əliyeva
YAP Yevlax rayon təşkilatının fəalı
Bu mövzuda digər xəbərlər:Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
18 May 2026 13:19
Şanlı Zəfərimiz Qürur mənbəyimizdir
06 Noyabr 2024 17:29
Şanlı Qələbəmiz Qürur mənbəyimiz
06 Noyabr 2025 16:07
Dövlətçilik tariximizin şanlı qürur səhifəsi
17 Sentyabr 2025 15:08
Şanlı Zəfər Ordusu xalqımızın qürur mənbəyidir
24 İyun 2025 12:46
Baxış sayı:72
Bu xəbər 27 Avqust 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















