Şantaj etmək, qisas almaq... Süni intellektin TƏHLÜKƏLİ TƏRƏFLƏRİ | Icma.az
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Süni intellektin meydan suladığı dövrə çatmışıq.
Süni intellekt sayəsində orijinaldan seçilməyən fotolar, videolar görürük.
Lakin bəzən bu fotolar, videolar kimisə şantaj etmək, qisas almaq məqsədilə istifadə olunur.Belə hallarda insanlar nə etməlidir, öz hüquqlarını necə qorumalıdırlar?İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, ekspert Bəhruz Əliyev Bakıvaxtı.az-a bildirib ki, süni intellekt texnologiyalarının inkişafı ilə, xüsusilə də deepfake videoların yaranması həm böyük imkanlar, həm də ciddi təhlükələr ortaya çıxır.
Deepfake videolar bir şəxsin görüntüsünü və ya səsini manipulyasiya etməklə hazırlanır və yanlış məqsədlər üçün istifadə edildikdə ciddi problemlərə səbəb ola bilər.Ekspert qeyd edib ki, şəxsi həyata müdaxilə edən hər hansı bir hal hüquqi müstəvidə araşdırılmalıdır.
Onun sözlərinə görə, bir çox ölkədə belə hallar artıq qanunla tənzimlənir:“Əgər kimsə sizə qarşı belə bir manipulyasiya edirsə, hüquq-mühafizə orqanlarına və ya müvafiq qurumlara müraciət edilə bilər.
Həmin videonun yalan olduğunu sübut etmək üçün texniki ekspertizaya müraciət etmək lazımdır.
Süni intellekt alətləri ilə hazırlanmış videoların izlərini müəyyən edən proqramlar mövcuddur".Müsahibimizin sözlərinə görə, sosial mediada və ya ictimaiyyətdə məsələnin sizə qarşı bir şantaj və ya manipulyasiya olduğuna dair açıq mövqe bildirmək olar:“Kibertəhlükəsizlik mütəxəssislərinə müraciət edərək şəxsi məlumatlarınızı və rəqəmsal təhlükəsizliyinizi qorumaq üçün tədbirlər görmək məsləhətdir",- deyə müsahibimiz vurğulayıb.Bəhruz Əliyev: Şəxsi həyata müdaxilə edən hər hansı bir hal hüquqi müstəvidə araşdırılmalıdırB.Əliyev bidirib ki, deepfake texnologiyası vasitəsilə edilən manipulyasiyalar məzmununa görə şəxsi həyata müdaxilə olaraq qəbul edilə bilər və bir çox hüquq sistemi bunu qanunsuz fəaliyyət kimi tanıyır.
İnsanların imicindən, görüntüsündən və ya səsindən icazəsiz istifadə etmək hüquqi və etik ola bilməz:"Belə halların qarşısını tamamilə almaq çətin olsa da, bir neçə addımla bu riskləri minimuma endirmək mümkündür.
Tam oxu
Xəbəri oxu