Icma.az
close
up
RU
Şantaj etmək, qisas almaq... Süni intellektin TƏHLÜKƏLİ TƏRƏFLƏRİ

Şantaj etmək, qisas almaq... Süni intellektin TƏHLÜKƏLİ TƏRƏFLƏRİ

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Süni intellektin meydan suladığı dövrə çatmışıq. Süni intellekt sayəsində orijinaldan seçilməyən fotolar, videolar görürük. Lakin bəzən bu fotolar, videolar kimisə şantaj etmək, qisas almaq məqsədilə istifadə olunur.

Belə hallarda insanlar nə etməlidir, öz hüquqlarını necə qorumalıdırlar?

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, ekspert Bəhruz Əliyev Bakıvaxtı.az-a bildirib ki, süni intellekt texnologiyalarının inkişafı ilə, xüsusilə də deepfake videoların yaranması həm böyük imkanlar, həm də ciddi təhlükələr ortaya çıxır. Deepfake videolar bir şəxsin görüntüsünü və ya səsini manipulyasiya etməklə hazırlanır və yanlış məqsədlər üçün istifadə edildikdə ciddi problemlərə səbəb ola bilər.

Ekspert qeyd edib ki, şəxsi həyata müdaxilə edən hər hansı bir hal hüquqi müstəvidə araşdırılmalıdır. Onun sözlərinə görə, bir çox ölkədə belə hallar artıq qanunla tənzimlənir:

“Əgər kimsə sizə qarşı belə bir manipulyasiya edirsə, hüquq-mühafizə orqanlarına və ya müvafiq qurumlara müraciət edilə bilər. Həmin videonun yalan olduğunu sübut etmək üçün texniki ekspertizaya müraciət etmək lazımdır. Süni intellekt alətləri ilə hazırlanmış videoların izlərini müəyyən edən proqramlar mövcuddur".

Müsahibimizin sözlərinə görə, sosial mediada və ya ictimaiyyətdə məsələnin sizə qarşı bir şantaj və ya manipulyasiya olduğuna dair açıq mövqe bildirmək olar:

“Kibertəhlükəsizlik mütəxəssislərinə müraciət edərək şəxsi məlumatlarınızı və rəqəmsal təhlükəsizliyinizi qorumaq üçün tədbirlər görmək məsləhətdir",- deyə müsahibimiz vurğulayıb.

Bəhruz Əliyev: Şəxsi həyata müdaxilə edən hər hansı bir hal hüquqi müstəvidə araşdırılmalıdır

B.Əliyev bidirib ki, deepfake texnologiyası vasitəsilə edilən manipulyasiyalar məzmununa görə şəxsi həyata müdaxilə olaraq qəbul edilə bilər və bir çox hüquq sistemi bunu qanunsuz fəaliyyət kimi tanıyır. İnsanların imicindən, görüntüsündən və ya səsindən icazəsiz istifadə etmək hüquqi və etik ola bilməz:

"Belə halların qarşısını tamamilə almaq çətin olsa da, bir neçə addımla bu riskləri minimuma endirmək mümkündür. Dünya ölkələrində olan təcrübəyə əsasən deepfake texnologiyasından sui-istifadə hallarını məhdudlaşdırmaq üçün yeni qanunlar və qaydalar qəbul edilir. Deepfake videoları aşkar etmək üçün elə süni intellekt əsasında çalışan alətləri hazırlanır və inkişaf etdirilir. İstifadəçilər öz şəxsi məlumatlarını, xüsusən də foto və videolarını internetdə paylaşarkən daha diqqətli olmalıdırlar. İnsanları deepfake texnologiyası və onun təhlükələri barədə məlumatlandırmaq vacibdir ki, bu cür manipulyasiyaları daha yaxşı tanıyıb, tədbirlər görə bilsinlər".

Onun sözlərinə görə, həm fərdi, həm də cəmiyyət səviyyəsində texnologiyanın etik istifadəsini təmin etmək və onun neqativ təsirlərinin qarşısını almağa çalışmaq ciddi əhəmiyyət kəsb edir. Bu kimi məsələlərdə həm hüquqi sistemin, həm də cəmiyyətin birgə mübarizəsi vacibdir.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri