Santuş üçün əcəl oyunları: birillik qələbə həsrətimiz bitəcəkmi? | Icma.az
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkəmizin əsas futbol yığması sonuncu qələbəsini ötən il iyunun 11-də Sombatxey şəhərində Qazaxıstana qarşı keçirilən yoxlama oyununda qazanıb.
"Football-plus.az" xəbər verir ki, həmin vaxtdan bəri 8 matçda meydana çıxan yığma nəinki qələbə üzü görüb, hətta heç-heçə belə etməyib.
Komanda bu qarşılaşmalarda 3 qol vurub, 22 (!) dəfə qapısında top görüb.
Bəli, Fernando Santuşun çalışdırdığı komanda d Heydər Əliyev adına Beynəlxalq Hava Limanını belə biabırçı statistikayla tərk edərək Riqaya yollandı.
Getdi ki, Latviya yığmasına qarşı keçiriləcək matçda qələbə qazansın və ümidləri yenidən dirçəltsin.
Komanda bunu milliyə çağrılsa da, zədələndiyi üçün heyətdən kənarlaşdırılan təcrübəli Bədavi Hüseynovun yoxluğunda belə bacarmalıdı.
Hər halda, Allah kərimdi...Yoldaşlıq oyunları7 iyunLatviya - AzərbaycanHakimlər: TRUSTİN FARRUCİYA KANN, Luk Portelli, Roberto Vella, Vitali Spasyonnikov.
Tam oxu
Xəbəri oxu