Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

Santuş üçün əcəl oyunları: birillik qələbə həsrətimiz bitəcəkmi?

Santuş üçün əcəl oyunları: birillik qələbə həsrətimiz bitəcəkmi?

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkəmizin əsas futbol yığması sonuncu qələbəsini ötən il iyunun 11-də Sombatxey şəhərində Qazaxıstana qarşı keçirilən yoxlama oyununda qazanıb.

"Football-plus.az" xəbər verir ki, həmin vaxtdan bəri 8 matçda meydana çıxan yığma nəinki qələbə üzü görüb, hətta heç-heçə belə etməyib. Komanda bu qarşılaşmalarda 3 qol vurub, 22 (!) dəfə qapısında top görüb.
Bəli, Fernando Santuşun çalışdırdığı komanda d Heydər Əliyev adına Beynəlxalq Hava Limanını belə biabırçı statistikayla tərk edərək Riqaya yollandı. Getdi ki, Latviya yığmasına qarşı keçiriləcək matçda qələbə qazansın və ümidləri yenidən dirçəltsin. Komanda bunu milliyə çağrılsa da, zədələndiyi üçün heyətdən kənarlaşdırılan təcrübəli Bədavi Hüseynovun yoxluğunda belə bacarmalıdı. Hər halda, Allah kərimdi...
Yoldaşlıq oyunları
7 iyun
Latviya - Azərbaycan

Hakimlər: TRUSTİN FARRUCİYA KANN, Luk Portelli, Roberto Vella, Vitali Spasyonnikov. 
Riqa, "Skonto" stadionu. Saat 17.00.
Milli Bakıdan Riqaya getmək üçün 4-5 saat davam edən uçuş həyata keçirib və bu vaxt ərzində 2400 kilometr məsafə qət edib. Ancaq bu o demək deyil ki, Latviya yığmamız üçün yaddı.
Milli indiyə qədər Riqada Latviyaya qarşı dörd oyun keçirib və bu şəhərdə uduzmayıb. Dəqiq desək, üç heç-heçə (0:0, 0:0, 2:2), bir qələbəyə (3:1) nail olub. Bu rəqiblə Maltada da üz-üzə gələn yığma həmin matçda Latviyanın öhdəsindən gələ bilməyib - 0:1. Qısası, komandamız son aylar bizi sevindirməsə də, bu rəqiblə bağlı statistika bizim xeyrimizədi. Əlbəttə, uğurlu çıxışı davam etdirmək vacibdi. Bununla milli həm özünəinamı qaytara, həm də küsülü tərəfdarlarının könlünü oxşaya bilər.
Əslində FİFA reytinqində 138-ci pillədə qərarlaşan rəqibin öhdəsindən gəlmək yığma üçün çətin olmamalıdı. O başqa məsələ ki, 9500 tamaşaçı tutumuna və təbii ot örtüyünə malik arenada baş tutacaq qarşılaşma komandamız üçün asan olmayacaq.
Yeri gəlmişkən, Paolo Nikolato Azərbaycanla oyun üçün heyəti açıqlayıb. Yığmaya çağrılan 25 futbolçudan 4-ü debütantdı, 8-i isə ölkə xaricində çıxış edir: qapıçılar – Rixards Matrevits (Auda), Krişyanis Zviedris (Riqa), Frenks Orols (Super Nova); müdafiəçilər – Roberts Savalnieks (RFŞ), Andreys Siqaniks (“Lütsern”, İsveçrə), Rayvis Yurkovskis, Antonios Çernomordis, Maksim Tonişev (hamısı “Riqa”), Kristers Tobers (“Aberdin”, Şotlandiya), Vitaliys Yaqodinskis (“Visaha”, Kamboca), Daniel Balodis (“Sent-Conston”, Şotlandiya), Denis Melniks (Auda); yarımmüdafiəçilər – Alvis Yaunzems (“Stal”, Polşa), Aleksey Savelyev (“Qloriya”, Rumıniya), Eduards Daşkeviçs (Riqa), Renars Varslavans (Auda), Dimitriys Zelenkovs, Qleb Zaleyko (hər ikisi RFŞ), Lukas Vapne (“Sondal”, Norveç), Kristaps Qrabovskis (Metta), Kristers Penkevits (Yelqava); hücumçular – Yanis İkaunikes (RFŞ), Vladislavs Qutkovskis (“Tecon Hana”, Koreya), Marko Reqja (Riqa), Bruno Melnis (Liepaya).
Növbəti yoldaşlıq oyunu Macarıstana qarşı baş tutacaq. Bu dəfə ölkə hüdudlarının kənarında yox, Bakıda, dəqiq desək, "Liv Bona Dea Arena"da meydana çıxacaq yığma doğma azarkeşləri önündə qələbə qazanmağa can atacaq.
10 iyun
Azərbaycan - Macarıstan

Hakimlər: VİKTOR ŞİMUSİK, Sergey Kasavets, Anton Qusev, Cavid Cəlilov.
Bakı, "Liv Bona Dea Arena". Saat 20.00.
Yığmanın Riqada hansı aqibətlə üzləşəcəyindən xəbərdar deyilik. Münəccim olsaq, bu matç ətrafında daha rahat danışmaq mümkün olardı. İndi ancaq keçmişə boylanmaqdan, bu rəqibə qarşı keçirilən sınaqların nə ilə nəticələndiyini xatırlamaqdan başqa çarə yoxdu ki, əvvəldə ürəkaçan nəsə görünmür. Axı Macarıstanla indiyə qədər 6 dəfə üz-üzə gələn milli hamısında uduzub. Özü də əksər görüşlər xoşagəlməz hesabla bitib: 0:3, 1:3, 0:4, 0:3, 1:3, 0:1...
Yenə də bu rəqiblə sonuncu dəfə 2019-cu ildə qarşılaşdığımızı nəzərə alsaq, çox şeyin dəyişdiyini düşünmək olar. Minifutbol üzrə millimizin iyunun 1-də dünya çempionatının finalında məhz macarları məğlub etdiyini (4:2) bilirik. Yəqin ki, onlar qisası məhz böyük futbolda almaq eşqinə düşsə, millimizin sınağı daha çətin keçəcək. Hər halda, azarkeşkər "doğma divarlar" arasında meydana çıxacaq yığmamızı tək qoymamalıdı. Axı biletlər çoxdan 1-ci kateqoriya üçün 5, 2-ci kateqoriya üçün 2, VİP üçün 10 manata satışa çıxarılıb.
Qarşılaşmanı izləmək istəyənlər biletləri  "iTicket.az"ın satış məntəqələrindən də əldə edə bilər. Yəqin ki, futbolsevərlər yığmamızı FİFA reytinqində 35 pillədə qərarlaşan macarlar önündə dəstəkləyəcəklər. Onsuz da 119-cu sırada olan komandamızın belə iddialı rəqib qarşısında qələbə şansı azdı.
Macarıstan yığmasının baş məşqçisi Marko Rossi də qarşıdakı yoldaşlıq oyunu üçün 25 futbolçuya dəvət göndərib: qapıçılar - Deneş Dibuş (Ferensvaroş), Peter Sappanoş (Pakş), Balaj Tot (“Blekbern”, İngiltərə); müdafiəçilər - Botond Baloq (“Parma”, İtaliya), Marton Dardai (“Herta”, Almaniya), Attila Moçi (“Rizəspor”, Türkiyə), Villi Orban (“Leyptsiq”, Almaniya), Qabor Salai (“Ferentsvaroş”); yarımmüdafiəçilər - Bendequz Bolla (“Rapid”, Avstriya), Aron Çonqvai (AİK, İsveç), Bense Dardai (“Volfsburq”, Almaniya), Miloş Kerkez (“Bornmut”, İngiltərə), Jolt Naqi (Puşkaş Akademiyası), Loik Neqo (“Havr”, Fransa), Tamaş Nikitşer (“Valyadolid”, İspaniya), Attila Osvat (Pakş), Andras Şefer (“Union”, Almaniya), Kallum Staylz (“Vest Bromviç”, İngiltərə), Aleks Tot (Ferentsvaroş), Milan Vitaliş (ETO Qyor); hücumçular - Kevin Çobot (“Sankt-Qallen”, İsveçrə), Daniel Qazdaq (“Kolambus Kryu”, ABŞ), Roland Sallai (“Qalatasaray”, Türkiyə), Dominik Soboslai (“Liverpul”, İngiltərə), Barnabas Varqa (Ferentsvaroş).
Əsas suallardan biri də budu: Fernando Santuş qəzetimizin növbəti sayının çap olunacağı günə qədər millimizdə ilk qələbəsini qazanacaqmı?
Məlum... Qarşıdan AFFA İcraiyyə Komitəsinin iclası gəlir...
KƏNAN BAHADIR 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyun 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see503

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see268

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see244

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see237

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see228

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see226

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see225

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see218

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see212

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see209

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see208

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see207

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see203

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see203

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see201

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see193

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see184

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see183

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see181

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri