Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaxud Paşinyanın bərbad reytinqi Deyilənə görə, baş nazir Nikol Paşinyanın 2018-ci ildən bəri saxladığı saqqalını qırxması xüsusi anlam daşıyır.
Nəzərə alaq ki, Ermənistanda hazırda gerçəkləşməkdə olan “kadr soyqırımı”nın miqyası genişlənir. Yəni, Nikol yeni idarəçilik üzünü göstərir.
Bunu klassik deyimlə inqilabın öz övladlarını yeməsi kimi qiymətləndirmək mümkündür.
Hərçənd, Paşinyanın təmizlənmiş sifəti alt qatdakı bir sıra eybəcərlikləri də üzə çıxarıb. Görünür, saqqal bu eyibləri örtürmüş.
Ermənistandakı istefa dalğasında nazirlərdən sonra növbə deputatlara çatıb. Özü də hakim partiyanın deputatlarına.
Onlardan birincisi Ermənistan Milli Assambleyasının səhiyyə məsələləri üzrə daimi komitəsinin sədri Narek Zeynalyandır.
Zeynalyan öz təşəbbüsü ilə deputat mandatından imtina etdiyini bildirib.