Icma.az
close
up
RU
“Saqqal” populizmi

“Saqqal” populizmi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxud Paşinyanın bərbad reytinqi

Deyilənə görə, baş nazir Nikol Paşinyanın 2018-ci ildən bəri saxladığı saqqalını qırxması xüsusi anlam daşıyır. Nəzərə alaq ki, Ermənistanda hazırda gerçəkləşməkdə olan “kadr soyqırımı”nın miqyası genişlənir. Yəni, Nikol yeni idarəçilik üzünü göstərir. Bunu klassik deyimlə inqilabın öz övladlarını yeməsi kimi qiymətləndirmək mümkündür. Hərçənd, Paşinyanın təmizlənmiş sifəti alt qatdakı bir sıra eybəcərlikləri də üzə çıxarıb. Görünür, saqqal bu eyibləri örtürmüş.

Ermənistandakı istefa dalğasında nazirlərdən sonra növbə deputatlara çatıb. Özü də hakim partiyanın deputatlarına. Onlardan birincisi Ermənistan Milli Assambleyasının səhiyyə məsələləri üzrə daimi komitəsinin sədri Narek Zeynalyandır. Zeynalyan öz təşəbbüsü ilə deputat mandatından imtina etdiyini bildirib. “Bu gün olduğu kimi, bilik və təcrübəmlə Ermənistana xidmətimə davam edəcəyəm”, - deyən deputat vurğulayıb ki, o, Paşinyanın rəhbəri olduğu “Vətəndaş sazişi”nin komanda üzvü kimi çətin sınaqların öhdəsindən gəlib: “Əminəm ki, həmkarlarım açıqladığımız dəyərləri qoruyub saxlamağa, Ermənistanın qarşısında duran bütün çətinlikləri şərəflə aradan qaldırmağa və arzularımızı reallığa çevirməyə davam edəcəklər”.

Ancaq hakim partiyanın digər deputatı Ovik Ağazaryanla bağlı məsələ Zeynalyanın bəyanatının yalnız populizmə söykəndiyini söyləməyə əsas verir. Məsələ ondadır ki, Ovik Korrupsiyaya qarşı mübarizə komitəsinə çağırılıb. Bu barədə məlumatı “ArmLur.am” saytı ölkənin baş prokurorluğundakı mənbələrinə istinadən yayıb. Məlumata görə, O.Ağazaryanın əleyhinə Aşotik Kamavosyan və Slavik Poqosyan adlı şəxslər ifadə veriblər. “Joxovurd” qəzeti isə məsələ ilə bağlı daha konkret məqamlara toxunub. Nəşr yazıb ki, O.Ağazaryan Ermənistandan Birləşmiş Ərəb Əmirliklərinə xırdabuynuzlu heyvanların maneəsiz ixracı üçün 300 min dollar məbləğində rüşvət istəyib. Daha dəqiq desək, rüşvət sözügedən məsələnin reallaşması üçün məhkəmə qərarının çıxarılmasına alınıb.

Əlbəttə, qeyd etdiklərimiz böyük istefa dalğasındakı kiçik fraqmentlərdir. Yəni, onların üzərində bir o qədər çox dayanmağa ehtiyac yoxdur. Çünki daha böyük məqamlar var. Hər halda, nazirlərin və deputatların birdən-birə kresloları ilə vidalaşmaları adi məsələ sayıla bilməz. Elə İrəvan mətbuat klubunun fəxri sədri, politoloq Boris Navasardyanın bildirdikləri də bunu söyləməyə əsas verir. Politoloq VERELQ informasiya-analitik portalına müsahibəsində Ermənistan hökumətindəki kütləvi istefaların səbəblərindən danışmaqla yanaşı, baş nazirin xarici görünüşündəki son dəyişikliklərin rəmzi mənalarına aydınlıq gətirib.

B.Navasardyan deyib ki, hazırda Ermənistanda yaşanan dəyişikliklər təkcə gələcək parlament seçkilərinə hazırlıqla bağlı deyil, həm də hakim partiyanın reytinqinin aşağı düşməsinə cavabdır, daha doğrusu, cavab vermək cəhdidir. Onun sözlərinə görə, Ermənistanda 2026-cı ildə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri təsəvvür ediləndən çoxqatlı prosesdir.

Birinci məqam budur ki, Ermənistan rəhbərliyindəkilər cəmiyyətin hüquq-mühafizə seqmentinin fəaliyyətindən narazı olduğunu dərk edirlər. Yəni, sadə vətəndaşlara, təxminən, belə bir mesaj verilir: Problemləri bilir və aradan qaldırırıq. Bu, seçicilərin etimadını qazanmaq istəyi, N.Paşinyanın narazılıqlara, bir növ, adekvat cavabıdır.

B.Navasardyan ikinci məqam kimi baş nazirin istefaya gedənlərin fəaliyyətinə verdiyi qiymət amili üzərində dayanıb. Politoloqun fikrincə, hökumət rəhbəri komandasında yer alan həmin şəxslərin daha çox azadlıq əldə etmələrindən ehtiyatlanıb. Habelə, ikincilərin durumdan özünəməxsus şəkildə yararlanmalarından: “Düşünürəm ki, o (Paşinyan – red.), gələcəkdə hüquq-mühafizə orqanlarına, xüsusən, gücə daha yaxşı nəzarət etməyə çalışacaq. Amma idarəetmə metoduna əsasən, Nikol Paşinyanın uğur qazanacağı ehtimalı azdır. O, yenidən güc strukturlarının praktiki rəhbərliyindən uzaqlaşacaq və daha çox ideoloji sahəyə keçəcək”.

Ekspert üçüncü məqam kimi hakim komandanın özündə ziddiyyətlərin, daxili çəkişmələrin yaranmasından söz açıb. Onun sözlərinə görə, mövcud şərtlər qarşıdan gələn parlament seçkiləri öncəsi hakim “Vətəndaş sazişi” partiyası üçün son dərəcə əlverişsiz situasiya formalaşdırıb. N.Paşinyan isə durumu düzəltməyə, ölkə rəhbərliyinin daha çox konsolidasiyasını təmin etməyə çalışır. Belədə sual yaranır: Ermənistanda parlament seçkiləri 2026-cı ildə keçiriləcək, indidən ona fikuslanıb kadr islahatları aparmağın mənası nədir?

Suala cavab verən B.Navasardyan bildirib ki, Paşinyan saqqalını qırxdırmaqla, rəqiblərinə dəyişilmiş Nikolla mübarizə aparılacağının mesajını verir. Bu mesaj, eyni zamanda, cəmiyyətədir. Politoloq fikrini əsaslandırmaq üçün hakim partiyanın və bilavasitə baş nazirin reytinqinin aşağı düşməsi üzərində dayanaraq vurğulayıb ki, mövcud meyil davam edərsə, 2026-cı ilə qədər hakimiyyəti saxlamaq yolunda ciddi təhlükələr yarana bilər: “Ona görə də indi bu tendensiyanın hansısa formada dayandırılması və ya mümkünsə, geri çevirilməsi naminə ciddi tədbirlər görmək lazımdır”.

Qeyd edək ki, B.Navasardyan Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi məsələsindəki söz-söhbətlərə də münasibətini bildirib. O deyib ki, seçkilər problemlərin həlli deyil. Çünki prosesin hakim partiya üçün çox rahat keçəcəyi ehtimalı yoxdur. Ona görə də əsas məsələ reytinqi qaldırmaq və cəmiyyətin gözləntilərinin doğrulacağı görüntüsünü formalaşdırmaqdır. “Cəmiyyətə göstərilməlidir ki, hüquq-mühafizə orqanları daha ardıcıl, daha sərt davranırlar və insanların istədikləri kimi korrupsiyaya, quldurluğa görə cəzalandırılmalı olan hər kəsi, əvvəlki illərdəki kimi, bağışlamırlar. Ona görə hesab edirəm ki, Nikol Paşinyan yeni təyin olunanlardan müəyyən qətiyyətli addımlar gözləyəcək” – deyən politoloq yenidən saqqal məsələsi üzərinə gəlib. O, jurnalistin “dəyişikliklər cəmiyyətə nə kimi təsir edəcək” sualını cavablandırarkən vurğulayıb ki, Nikol siyasi texnoloqlara çox güvənir və təraş epizodunun ictimailəşməsi bundan xəbər verir: “Ancaq təklif olunan texnoloji üsulların nə dərəcədə işləyəcəyi böyük sual altındadır. Əmin deyiləm ki, Nikol Paşinyanın atdığı və atacağı addımlar əhali arasında populyarlıq, inam və dəstək problemlərinin həllinə kömək edəcək”.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see257

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see245

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see232

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see229

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see227

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see188

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see174

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see174

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see168

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see165

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see162

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see161

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see160

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see159

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see158

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see148

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see147

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see146

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see144

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri