Sara Vaqenknextin Alyansı ultrasağçılarla yaxınlaşmaya görə parçalanır | Icma.az
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bavariyadan olan bir qrup siyasətçi miqrasiya məsələsində ultrasağçı Almaniya üçün Alternativ Partiyası (AfD) ilə mövqelərini yaxınlaşdırmasına görə Rusiyayönlü Sara Vaqenknextin Alyansını tərk etməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel” nəşri Bavariya partiya təşkilatının rəhbəri Klaus Ernstə ünvanlanmış məktuba istinadən yazıb.
Bavariyadan olan bir neçə məmur və Sara Vaqenknextin Alyansının üzvü partiyadan çıxmaq qərarına gəlib, bunun əsas səbəbi isə daha sərt miqrasiya siyasəti ilə bağlı müzakirələr olub.
Ötən həftə Bundestaqda Xristian Demokrat İttifaqı (XDS) və Xristian Sosial İttifaqının (XSİ) irəli sürdüyü miqrasiya siyasətinin sərtləşdirilməsi təşəbbüsü yalnız Almaniya üçün Alternativ Partiyası tərəfindən deyil, həm də Vaqenknextin partiyası tərəfindən qismən dəstək qazanıb.
Vaqenknext əvvəlcə öz partiyasını AfD üçün ciddi alternativ kimi təqdim etmək niyyətində idi və Bonn şəhərində keçirilən son partiya konfransında ultrasağçı ekstremizmi sərt şəkildə tənqid etmişdi.
Lakin miqrasiya siyasəti ilə bağlı müzakirələr göstərdi ki, partiya bəzi məsələlərdə AfD ilə ortaq mövqeyi istisna etmir və bu, partiya daxilində tənqidlərə səbəb olub.
"Spiegel” nəşrinin əldə etdiyi məktubda Bavariyadan olan altı partiya üzvü, ilk növbədə, partiyanın miqrasiya siyasəti ilə bağlı xəttinə qarşı çıxdıqları üçün istefa verdiklərini bildiriblər.
Tam oxu
Xəbəri oxu