Icma.az
close
up
RU
Sara Vaqenknextin Alyansı ultrasağçılarla yaxınlaşmaya görə parçalanır

Sara Vaqenknextin Alyansı ultrasağçılarla yaxınlaşmaya görə parçalanır

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bavariyadan olan bir qrup siyasətçi miqrasiya məsələsində ultrasağçı Almaniya üçün Alternativ Partiyası (AfD) ilə mövqelərini yaxınlaşdırmasına görə Rusiyayönlü Sara Vaqenknextin Alyansını tərk etməyə hazırlaşır.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel” nəşri Bavariya partiya təşkilatının rəhbəri Klaus Ernstə ünvanlanmış məktuba istinadən yazıb.  

Bavariyadan olan bir neçə məmur və Sara Vaqenknextin Alyansının üzvü partiyadan çıxmaq qərarına gəlib, bunun əsas səbəbi isə daha sərt miqrasiya siyasəti ilə bağlı müzakirələr olub.  

Ötən həftə Bundestaqda Xristian Demokrat İttifaqı (XDS) və Xristian Sosial İttifaqının (XSİ) irəli sürdüyü miqrasiya siyasətinin sərtləşdirilməsi təşəbbüsü yalnız Almaniya üçün Alternativ Partiyası tərəfindən deyil, həm də Vaqenknextin partiyası tərəfindən qismən dəstək qazanıb.  

Vaqenknext əvvəlcə öz partiyasını AfD üçün ciddi alternativ kimi təqdim etmək niyyətində idi və Bonn şəhərində keçirilən son partiya konfransında ultrasağçı ekstremizmi sərt şəkildə tənqid etmişdi. Lakin miqrasiya siyasəti ilə bağlı müzakirələr göstərdi ki, partiya bəzi məsələlərdə AfD ilə ortaq mövqeyi istisna etmir və bu, partiya daxilində tənqidlərə səbəb olub.  

"Spiegel” nəşrinin əldə etdiyi məktubda Bavariyadan olan altı partiya üzvü, ilk növbədə, partiyanın miqrasiya siyasəti ilə bağlı xəttinə qarşı çıxdıqları üçün istefa verdiklərini bildiriblər.  

Onlar "obyektiv və humanist debatların" aparılmasının vacibliyini vurğulayıb, lakin əvəzində "populist eskalasiya"nın baş verdiyini, bunun da cəmiyyətdə lazımsız parçalanmalara və ultrasağ ritorikanın yayılmasına yol açdığını qeyd ediblər. Məktubu imzalayanlar həmçinin Sara Vaqenknextin Alyansının reklam plakatlarının çox vaxt AfD-nin kampaniyasında istifadə edilənlərə bənzədiyini tənqid ediblər.  

Klaus Ernst jurnalistlərin əldə etdiyi məktubun həqiqi olduğunu təsdiqləsə də, partiyanı tərk edənlərin sayının "əhəmiyyətsiz" olduğunu bildirib və Sara Vaqenknextin Alyansının Almaniya üçün Alternativ Partiyası ilə birlikdə səs verməsi ilə bağlı tənqidləri rədd edib.  

"Biz səsvermədə davranışımızı bizə xoş gəlməyən insanların eyni şəkildə səs verməsinə əsaslandıra bilmərik", deyə o bildirib.  

Yaxın günlərdə Vaqenknext ölkədə gərgin vəziyyəti yumşaltmaq üçün miqrasiya siyasətinin gələcək kursu ilə bağlı referendum təklif edib.  

Bundan əlavə, bu həftə AfD və Sara Vaqenknextin Alyansı Münhen Təhlükəsizlik Konfransına dəvət edilməmələrinə etiraz ediblər.

Alpər


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri