Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. Bakıda avtomobilini şarj edən sürücüdən parklanma üçün ödəniş tələb olunmasıyla bağlı gör
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Ağ Şəhər ərazisində qeydə alınıb.
Şikayətçi bildirib ki, maşınını enerjiylə təchiz etmək üçün dayandıqdan bir müddət sonra “Azparking”in işçisi ona yaxınlaşıb və avtomobili park etdiyi üçün ödəniş edəcəyini qeyd edib.
Sürücü isə maşınını şarj etməyə məcbur olduğu üçün sözügedən ərazidə avtomobilini saxladığını vurğulayaraq ona iradını bildirib.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, şarj məntəqələri üçün ayrılmış ərazilər yaşıl boyayla rənglənib və yol nişan quraşdırılıb: “Şarj məntəqələrinin yeri yaradılmış komissiya tərəfindən öncədən təyin olunur.
“Azərişıq” şarj məntəqələrinin quraşdırılmasıyla bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirir”.
Məsələylə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov saytımıza geniş açıqlama verib: “Enerji doldurma cihazları ödənişli parklanma yerlərində quraşdırılıbsa, zonaya uyğun olaraq parklanmaya görə ödəniş edilməlidir.
Ödənişsiz parklanma yerlərində isə parklanmaya görə hər hansı bir ödəniş tələb olunmur.