Icma.az
close
up
RU
Şarj məntəqəsində parkinq pulu tələb edilən sürücünün şikayətinə QURUMLARDAN AÇIQLAMA VİDEO

Şarj məntəqəsində parkinq pulu tələb edilən sürücünün şikayətinə QURUMLARDAN AÇIQLAMA VİDEO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakıda avtomobilini şarj edən sürücüdən parklanma üçün ödəniş tələb olunmasıyla bağlı görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Ağ Şəhər ərazisində qeydə alınıb. Şikayətçi bildirib ki, maşınını enerjiylə təchiz etmək üçün dayandıqdan bir müddət sonra “Azparking”in işçisi ona yaxınlaşıb və avtomobili park etdiyi üçün ödəniş edəcəyini qeyd edib. Sürücü isə maşınını şarj etməyə məcbur olduğu üçün sözügedən ərazidə avtomobilini saxladığını vurğulayaraq ona iradını bildirib. 

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, şarj məntəqələri üçün ayrılmış ərazilər yaşıl boyayla rənglənib və yol nişan quraşdırılıb: “Şarj məntəqələrinin yeri yaradılmış komissiya tərəfindən öncədən təyin olunur. “Azərişıq” şarj məntəqələrinin quraşdırılmasıyla bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirir”.

Məsələylə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov saytımıza geniş açıqlama verib: “Enerji doldurma cihazları ödənişli parklanma yerlərində quraşdırılıbsa, zonaya uyğun olaraq parklanmaya görə ödəniş edilməlidir. Ödənişsiz parklanma yerlərində isə parklanmaya görə hər hansı bir ödəniş tələb olunmur. 

Elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması qadağandır. Hətta elektrik mühərrikli avtomobillər həmin məntəqədə yalnız təyinatı üzrə şarj etmək üçün parklana bilər. Əks təqdirdə 20 manat məbləğində cərimə nəzərdə tutulub”.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Yanvar 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri