Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2023-cü ilin yayında əsasən ermənilərdən ibarət olan və Ukraynaya qarşı döyüşəcək “Arbat” batalyonunun yaradıldığına dair məlumat Rusiya mediasının əsas gündəm mövzularından birinə, onun yaradıcısı Armen Sarkisyan(Qorlovski) isə az qala “ulduz”a çevrilmişdi.
Sonradan gözlənildiyi kimi, bu batalyonun hər hansı uğurlu əməliyyatı, şücaəti barədə heç nə eşidən olmadı və ortada həmişəki kimi arxasında ciddi bir şey olmayan erməni səs-küyündən başqa heç nə qalmadı.
Sarkisyanın özünün “ulduzu” isə ötən gün Moskvanın şimal-qərbində yerləşən elit yaşayış komplekslərindən olan “Alıye Parusa”dakı binanın girişində söndü, daha doğrusu, söndürüldü…Sarkisyan daha əvvəl Ukraynanın Qorlovka şəhərində yaşayıb və ləqəbi də (Qorlovski) həmin şəhərin adından götürülüb.
Vaxtilə Ukrayna Prezidenti olmuş Viktor Yanukoviçə tulalıq etmiş bu şəxs öz kriminal dəstəsilə 2013-2014-cü illərdə dinc aksiyalarda ukraynalılara divan tutmaqla və bir ukraynalı jurnalistin qətlilə məşhurlaşıb.
Onun adamları son günlərə qədər də işğal olunmuş Ukrayna ərazilərində talançılıqla və reketlə məşğul olub.
Sarkisyanın partladıldığı yaşayış kompleksi bizə həm də “Albert Rıjı” adı ilə tanınan azərbaycanlı “qanuni oğru” Əli Heydərovun qətlə yetirildiyi yer kimi tanışdır.
Ə.Heydərov 2021-ci ilin aprelində “Alıye Parusa”dakı idman zalında məşq edərkən Mətləb Sultanov adlı şəxs tərəfindən güllələnmişdi.