Icma.az
close
up
RU
SARKİSYANI KİM VƏ NİYƏ PARTLADIB? Azərbaycanlı “qanuni oğru” da eyni yerdə qətlə yetirilmişdi

SARKİSYANI KİM VƏ NİYƏ PARTLADIB? Azərbaycanlı “qanuni oğru” da eyni yerdə qətlə yetirilmişdi

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2023-cü ilin yayında əsasən ermənilərdən ibarət olan və Ukraynaya qarşı döyüşəcək “Arbat” batalyonunun yaradıldığına dair məlumat Rusiya mediasının əsas gündəm mövzularından birinə, onun yaradıcısı Armen Sarkisyan(Qorlovski) isə az qala “ulduz”a çevrilmişdi. Sonradan gözlənildiyi kimi, bu batalyonun hər hansı uğurlu əməliyyatı, şücaəti barədə heç nə eşidən olmadı və ortada həmişəki kimi arxasında ciddi bir şey olmayan erməni səs-küyündən başqa heç nə qalmadı. Sarkisyanın özünün “ulduzu” isə ötən gün Moskvanın şimal-qərbində yerləşən elit yaşayış komplekslərindən olan “Alıye Parusa”dakı binanın girişində söndü, daha doğrusu, söndürüldü…

Sarkisyan daha əvvəl Ukraynanın Qorlovka şəhərində yaşayıb və ləqəbi də (Qorlovski) həmin şəhərin adından götürülüb. Vaxtilə Ukrayna Prezidenti olmuş Viktor Yanukoviçə tulalıq etmiş bu şəxs öz kriminal dəstəsilə 2013-2014-cü illərdə dinc aksiyalarda ukraynalılara divan tutmaqla və bir ukraynalı jurnalistin qətlilə məşhurlaşıb. Onun adamları son günlərə qədər də işğal olunmuş Ukrayna ərazilərində talançılıqla və reketlə məşğul olub.

Sarkisyanın partladıldığı yaşayış kompleksi bizə həm də “Albert Rıjı” adı ilə tanınan azərbaycanlı “qanuni oğru” Əli Heydərovun qətlə yetirildiyi yer kimi tanışdır. Ə.Heydərov 2021-ci ilin aprelində “Alıye Parusa”dakı idman zalında məşq edərkən Mətləb Sultanov adlı şəxs tərəfindən güllələnmişdi. 

Bu qətlin kriminal aləm daxilindəki çəkişmələrin nəticəsi olduğu əvvəlcədən aydın idi. Eyni yaşayış kompleksində partladılan Sarkisyanın isə kim tərəfindən qətlə yetirildiyi hələlik rəsmən müəyən edilməyib. Lakin ekspertlərin, müşahidəçilərin əksəriyyəti bu aktın Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı olduğunu güman edirlər. Baxmayaraq ki, Sarkisyanın kriminal aləmlə bağlılığı onun rəqibləri tərəfindən qətlə yetirilməsi versiyasını da istisna etmir…

Ancaq Rusiya mediası Sarkisyanın zatən bir qara qəpiklik dəyəri olmayan şəxsiyyətindən daha çox onun qətlinin Rusiya “FSB”-si daxilindəki çəkişmələrə təsir edə biləcəyindən yazır. Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olduğu heç bir şübhə doğurmayan Sarkisyanın qətli Ukrayna xüsusi xidmətinin bundan öncə Moskva şəhəri və Moskva vilayətində həyata keçirdiyi çoxsaylı əməliyyatlar zəncirinin növbəti həlqəsi sayılır. Bu isə Rusiya “FSB”-sinin Moskva şəhəri və Moskva vilayəti üzrə rəhbəri, general Aleksey Dorofeyevin növbəti uğursuzluğu, “çp”-si kimi qəbul olunur. 

Bunu tanınmış rusiyalı hüquq müdafiəçisi, araşdırmaçı, “Qulaqu net” layihəsinin yaradıcısı Vladimir Oseçkin də son efirində xüsusi vurğulayıb. O qeyd edib ki, bu hadisə “FSB” rəhbərliyində təmsil olunan və Dorofeyevin “yağlı” vəzifəsinə göz dikən, onunla münaqişədə olan Sergey Korolyov və Sergey Alpatov kimi generalları hərəkətə gətirib. Onun dediyinə görə, artıq bu qətldən demək olar, dərhal sonra “FSB” daxili təhqiqata başlayıb. Beləliklə, Sarkisyanın məhv edilməsindən Dorofeyevin rəqibləri onun “vurulması” üçün vasitə kimi istifadə edəcəklər.

Məsələ ondadır ki, “Krokus siti”-dəki terror aktı, ondan əvvəl Aleksandr Duqinin qızının olduğu avtomobilin partladılması və digər çoxsaylı hadisələr Dorofeyevin məsuliyyət daşıdığı bölgədə öz vəzifəsinin öhdəsindən gələ bilməməsi kimi qələmə verilir. “FSB” ilə əlaqəsi olan Sarkisyanın məhv edilməsi də bu sıraya yazılan növbəti “çp”-dir.

Bu, həm də o deməkdir ki, Sarkisyan kimilərin kriminal, qatil, avantürist personası və həyatı olsa-olsa kimlərinsə klandaxili savaşında alətdən, xırda detaldan başqa heç bir əhəmiyyət daşımır...

Beləliklə, əli ukraynalıların qanına bulaşmış, doğulub böyüdüyü ölkəyə - Ukraynaya qarşı namərdlik, satqınlıq etmiş Sarkisyanın “dövranı” layiq olduğu və gözlənildiyi şəkildə başa çatdı. Şübhəsiz ki, onun yaratdığı “Arbat”ı da eyni miskin aqibət gözləyir...

C.Məmmədov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Fevral 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri