Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan sələfi və müxalifət lideri Robert Koçaryanın siyasi müttəfiqləri ilə söz savaşını davam etdirib.
O, ölkədə rejim dəyişikliyi uğrunda mübarizə aparacağını vəd edib.
Son aylar ərzində Sarkisyanla Koçaryanın rəhbərlik etdiyi müxalifət qrupları bir-birinə qarşı ittihamlar səsləndirirlər.
Onlar bir-birini 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsinə yardım etməkdə günahlandırırlar.Sarkisyan aprelin 14-də Ermənistan Respublika Partiyasının (HHK) 35-ci ildönümü tədbirində Koçaryanın adını çəkməsə də bildirib ki, onun tərəfdarları küçə etirazlarına qatılaraq Sarkisyanın istefasına səbəb olublar.
Bu səbəbdən də Paşinyanın sonrakı illərdə Ermənistana və Qarabağa yaşatdıqlarında onların da əli olduğunu deyib.
Onun sözlərinə görə, həmin şəxslər indi də "çox uzaq olmayan keçmişlərini təmizləmək" məqsədilə onu 2018-ci ilin "məxməri inqilabı"nda günahlandırırlar.
Sarkisyan həmin şəxsləri gələcək seçkilər ərəfəsində müxalifətin səslərini oğurlamağa cəhd etməkdə ittiham edib.Koçaryanın siyasi komandasının üzvləri hələlik bu ittihamlara cavab verməyiblər.Sarkisyan İrəvandakı çıxışında Ermənistanın indiki hökumətini də tənqid edərək onu "yalan danışmaq üzrə dünya çempionu" adlandırıb.