Icma.az
close
up
RU
Sarkisyanla Koçaryan arasında savaş qızışır Eks prezident sələfini onu devirməkdə ittiham edib

Sarkisyanla Koçaryan arasında savaş qızışır Eks prezident sələfini onu devirməkdə ittiham edib

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan sələfi və müxalifət lideri Robert Koçaryanın siyasi müttəfiqləri ilə söz savaşını davam etdirib. O, ölkədə rejim dəyişikliyi uğrunda mübarizə aparacağını vəd edib.

Son aylar ərzində Sarkisyanla Koçaryanın rəhbərlik etdiyi müxalifət qrupları bir-birinə qarşı ittihamlar səsləndirirlər. Onlar bir-birini 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsinə yardım etməkdə günahlandırırlar.

Sarkisyan aprelin 14-də Ermənistan Respublika Partiyasının (HHK) 35-ci ildönümü tədbirində Koçaryanın adını çəkməsə də bildirib ki, onun tərəfdarları küçə etirazlarına qatılaraq Sarkisyanın istefasına səbəb olublar. Bu səbəbdən də Paşinyanın sonrakı illərdə Ermənistana və Qarabağa yaşatdıqlarında onların da əli olduğunu deyib. Onun sözlərinə görə, həmin şəxslər indi də "çox uzaq olmayan keçmişlərini təmizləmək" məqsədilə onu 2018-ci ilin "məxməri inqilabı"nda günahlandırırlar. Sarkisyan həmin şəxsləri gələcək seçkilər ərəfəsində müxalifətin səslərini oğurlamağa cəhd etməkdə ittiham edib.

Koçaryanın siyasi komandasının üzvləri hələlik bu ittihamlara cavab verməyiblər.

Sarkisyan İrəvandakı çıxışında Ermənistanın indiki hökumətini də tənqid edərək onu "yalan danışmaq üzrə dünya çempionu" adlandırıb. O bildirib ki, Paşinyan xarici qüvvələrin planlaşdırdığı qəsdin tərkib hissəsi olaraq hakimiyyəti ələ keçirib.

"Onlar sülh vəd etdilər, müharibə gördük. Rifah vəd etdilər, mühacirət yaşadıq. Qarabağı müdafiə edəcəklərini vəd etdilər, amma onu təslim etdilər", – 70 yaşlı eks-prezident qeyd edib.

Sarkisyan məqsədinin aydın və dəyişməz qaldığını – əsas hədəfin kapitulyativ hakimiyyətdən qurtulmaq olduğunu bildirib.

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş sazişi" partiyasının aparıcı üzvü, parlament sədrinin müavini Ruben Rubinyan isə Sarkisyanın dediklərinə istehza ilə cavab verib. O, xatırladıb ki, Paşinyanı 2018-ci ildə parlament baş nazir seçib və HHK-dan olan deputatlar onu qətiyyətlə dəstəkləyiblər.

"Hakimiyyət qəsbi olubsa, deməli, Serj Sarkisyan da bunda iştirak edib. Əgər bu, xarici qüvvələr tərəfindən həyata keçirilibsə, o zaman Serj Sarkisyan və Respublika Partiyası xaricdən təşkil olunan dövlət çevrilişində iştirak etmiş olurlar", – Rubinyan vurğulayıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri