Sarsılmaz dostluq və qardaşlığın parlaq təzahürü | Icma.az
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son illərdə Azərbaycan ilə Qazaxıstan arasında ortaq səylər nəticəsində münasibətlər daha açıq və hərtərəfli xarakter daşıyır.
Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb.
Dövlət başçılarının rəsmi qarşılıqlı səfərləri, eləcə də Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibə münasibətlərin yüksələn xətlə inkişafının təzahürüdür.
Xatırladaq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması, eyni genetik, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından təmas qurması üçün müxtəlif siyasi-iqtisadi, mədəni-humanitar platformalar meydana gəldi, iş birliyi rəsmiləşdirən müqavilələr imzalandı.
Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Qazaxıstanla olan əlaqələrini misal göstərmək olar.
Qazax və Azərbaycan xalqları bir çox sınaqlardan keçiblər. Ortaq köklər, yaxın dillər, oxşar mədəniyyətlər xalqları bir-birinə bağlayır.
Azərbaycan-Qazaxıstan münasibətləri müstəqilliyin ilk illərindən etibarən qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etmişdir.
Tam oxu
Xəbəri oxu