Icma.az
close
up
RU
Sarsılmaz dostluq və qardaşlığın parlaq təzahürü

Sarsılmaz dostluq və qardaşlığın parlaq təzahürü

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə Azərbaycan ilə Qazaxıstan arasında ortaq səylər nəticəsində münasibətlər daha açıq və hərtərəfli xarakter daşıyır. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Dövlət başçılarının rəsmi qarşılıqlı səfərləri, eləcə də Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibə münasibətlərin yüksələn xətlə inkişafının təzahürüdür. Xatırladaq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması, eyni genetik, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından təmas qurması üçün müxtəlif siyasi-iqtisadi, mədəni-humanitar platformalar meydana gəldi, iş birliyi rəsmiləşdirən müqavilələr imzalandı. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Qazaxıstanla olan əlaqələrini misal göstərmək olar. Qazax və Azərbaycan xalqları bir çox sınaqlardan keçiblər. Ortaq köklər, yaxın dillər, oxşar mədəniyyətlər xalqları bir-birinə bağlayır.

Azərbaycan-Qazaxıstan münasibətləri müstəqilliyin ilk illərindən etibarən qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etmişdir. Bu illər ərzində formalaşan siyasi dialoq qarşılıqlı etimad, dostluq və dəstək üzərində möhkəmlənmişdir.
Prezident İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibədə vurğulamışdır: “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq”.
Bu əməkdaşlıq, ilk növbədə, türkdilli dövlətlər arasında həmrəyliyin, Türk Dövlətləri Təşkilatının və digər ortaq platformaların möhkəmlənməsinə də böyük töhfə verir. İki ölkə arasında imzalanmış çoxsaylı sənədlər - o cümlədən, “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Bəyannamə” - siyasi əlaqələrin institusional bazasını formalaşdırmışdır. Bu sənədlər dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəldərək, əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirmişdir.
Azərbaycan və Qazaxıstan liderləri arasında həyata keçirilən mütəmadi görüşlər, qarşılıqlı dövlət səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq bu tərəfdaşlığın dinamik və sabit xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu münasibətlər “sadəcə diplomatik əlaqələr deyil, qardaşlıq və qarşılıqlı dəstək münasibətləridir”.
Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
Bu gün dünyada baş verən proseslər bizə münasibətləri dərinləşdirmək üçün tarixi imkanlar yaradır. Biz Türk Dövlətləri Təşkilatını müstəvisində də fəal əməkdaşlıq edirik. Səfər zamanı dövlət başçıları geniş müzakirələr aparıblar. Strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Ötən il Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi tarixi hadisə oldu. Bu dəfə isə Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Prezident İlham Əliyevin dediyi kimi, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı vurğulayıb: “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”. Liderlərin görüşündə və mətbuata bəyanatında Cənubi Qafqazda sülhün əldə edilməsinin önəmi də vurğulanıb. Prezident İlham Əliyev vacib bir məqamı da qeyd etdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.
Bu gün Azərbaycan və Qazaxıstan yalnız regional tərəfdaş deyil, türk dünyasında inteqrasiya proseslərinin hərəkətverici qüvvəsidir. Füzuli rayonunda “Qazaxıstan-Azərbaycan Dostluq Məktəbi” kimi layihələr bu münasibətlərin dərin mənəvi mahiyyətini, xalqlarımız arasındakı sarsılmaz dostluğun və qardaşlığın parlaq təzahürüdür. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Anar Məmmədov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri