sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
eni mövsümə hazırlaşan "Sumqayıt" dünən toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.
"Kimyaçılar" "Qarabağ"ın əvəzedici komandası ilə üz-üzə gəlib və 5 cavabsız qolla qalib gəlib.
Qarşılaşmadan sonra şəhərin eyniadlı təmsilçisinin yeni baş məşqçisi Saşa İliç Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.
- Artıq bir neçə gündür Sumqayıtdasız. Komanda ilə bağlı təəssüratlarınız necədir? - Artıq iki həftədir burdayam.
Bu gün də ilk yoxlama oyunumuzu keçirdik. Hər kəsə məlumdur ki, heyət güclənməlidir.
Yaxın günlərdə düşərgəmizə yeni oyunçular qoşulmalıdır ki, onları gözləyirik.
Fikrimcə, onlar da gələndən sonra daha yaxşı komandamız olacaq. - İlk yoxlama oyununda kollektiv necə təsir bağışladı?