Icma.az
close
up
RU
Saşa İliç: “Yaxın günlərdə düşərgəmizə yeni oyunçular qoşulmalıdır”

Saşa İliç: “Yaxın günlərdə düşərgəmizə yeni oyunçular qoşulmalıdır”

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

eni mövsümə hazırlaşan "Sumqayıt" dünən toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib. "Kimyaçılar" "Qarabağ"ın əvəzedici komandası ilə üz-üzə gəlib və 5 cavabsız qolla qalib gəlib. Qarşılaşmadan sonra şəhərin eyniadlı təmsilçisinin yeni baş məşqçisi Saşa İliç Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Artıq bir neçə gündür Sumqayıtdasız. Komanda ilə bağlı təəssüratlarınız necədir?

- Artıq iki həftədir burdayam. Bu gün də ilk yoxlama oyunumuzu keçirdik. Hər kəsə məlumdur ki, heyət güclənməlidir. Yaxın günlərdə düşərgəmizə yeni oyunçular qoşulmalıdır ki, onları gözləyirik. Fikrimcə, onlar da gələndən sonra daha yaxşı komandamız olacaq.  

- İlk yoxlama oyununda kollektiv necə təsir bağışladı? Bəzi taktiki gedişləri yoxladız, nə dərəcədə razı qaldız?

- Baxmayaraq ki, rəqibimiz gənclərdən ibarət o qədər də güclü olmayan komanda idi, bu oyun bizə lazım idi. Bizim də hazırlığımızın elə dönəmidir ki, indiki məqamda məhz belə kollektivlə oynamaq daha məqsədəuyğun idi. Bəzi taktiki gedişləri yoxladıq. Fikrimcə, futbolçularım verdiyim tapşırıqları yerinə yetirə bilirlər.

- Bu gün həm də komandadakı boşluqları gördüz. Hansı mövqeləri gücləndirməyə ehtiyac var?

- Minimum 5 yeni oyunçuya ehtiyacımız var. Sözün düzü, bütün mövqelərimiz güclənməlidir.

- Ümumiyyətlə, necə düşünürsüz, "Sumqayıt" yeni mövsümdə nəyə iddia edə bilər?

- Təbii ki, indiki halda nəsə demək çətindir. Yeni oyunçularımız gələndən sonra bu barədə nəsə söyləmək mümkündür. Əsas məqsədimiz yaxşı, rəqabətə davamlı kollektiv formalaşdırmaqdır. Bir də ən vacib şərt ondan ibarətdir ki, istər paltardəyişmə otağında, istərsə də meydanda yüksək əhval-ruhiyyə olan komanda görmək istəyirəm.

- Niyə Türkitə toplanışı əvəzinə, Qəbələyə yollanmağa üstünlük verdiz?

- Mənim üçün Qəbələ və ya Türkiyənin fərqi yoxdur. Bura gəlməmişdən öncə bizə demişdilər ki, Qəbələdə də Türkiyədəki kimi gözəl meydançalar və otellər var. Maraqlandım, detallarla tanış oldum. Ordakı vəziyyət məni qane etdiyindən seçim zamanı Qəbələyə üstünlük verdim. Əsas odur ki, yaxşı şəraitdə təlim-məşq toplanışı keçək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 İyul 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri