Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kitab təkcə mənim gördüklərimdən, yaşadıqlarımdan ibarət deyil "Savaş" Ola bilsin kimsə deyəcək ki, bu söz Türkiyə türkcəsindədir.
Türkiyə adlı dövlətin var olub-olmadığını bilməyəndə "savaş" sözünü eşitmişəm.
Məhlədə, küçədə kimləsə dalaşanda, süpürləşəndə böyüklər deyirdi, "az savaşın", "savaşmayın". Nə yalan deyim, bu sözü sevirəm.
"Duman" Duman təkcə Şuşa ilə bağlı deyil. Müharibədə döyüşənlərin bir çoxundan "təbiət də bizim yanımızda idi" ifadəsini eşitmişəm.
Şuşaya hücum edən taborun Laçın dəhlizinə çıxmasında qəfil gələn dumanın necə köməyi olub, oxuyanlar biləcək.
Ümumiyyətlə, təbiət lazım olanda duman gətirib, lazım olanda dumanı çəkib, lazım olanda yağış yağdırıb, lazım olanda qara çevirib.
Ona görə də, redaktorlar bu adı təklif edəndə, düşünmədən "hə" dedim. Kitab yazmaq mənim üçün çox ağır proses oldu.