Icma.az
close
up
RU
Savaş və Duman

Savaş və Duman

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kitab təkcə mənim gördüklərimdən, yaşadıqlarımdan ibarət deyil

"Savaş"

Ola bilsin kimsə deyəcək ki, bu söz Türkiyə türkcəsindədir. Türkiyə adlı dövlətin var olub-olmadığını bilməyəndə "savaş" sözünü eşitmişəm. Məhlədə, küçədə kimləsə dalaşanda, süpürləşəndə böyüklər deyirdi, "az savaşın", "savaşmayın". Nə yalan deyim, bu sözü sevirəm.

"Duman"

Duman təkcə Şuşa ilə bağlı deyil. Müharibədə döyüşənlərin bir çoxundan "təbiət də bizim yanımızda idi" ifadəsini eşitmişəm. Şuşaya hücum edən taborun Laçın dəhlizinə çıxmasında qəfil gələn dumanın necə köməyi olub, oxuyanlar biləcək. Ümumiyyətlə, təbiət lazım olanda duman gətirib, lazım olanda dumanı çəkib, lazım olanda yağış yağdırıb, lazım olanda qara çevirib. Ona görə də, redaktorlar bu adı təklif edəndə, düşünmədən "hə" dedim.

Kitab yazmaq mənim üçün çox ağır proses oldu. 4 ilə yaxın kitabın üzərində işləmişəm. 3 dəfə həvəsdən düşüb, silib atmışam bir kənara. Silməyimə də peşman deyiləm. Çünki hər dəfə müharibəyə fərqli gözlə baxmağa başlamışam. Dostlarım hər dəfə motivasiya veriblər. Ən çox da Elvin Vəliməmmədov.

Kitab təkcə mənim gördüklərimdən, yaşadıqlarımdan ibarət deyil. Kitabın ərsəyə gəlməsi üçün korpus komandirləri, yüksək rütbəli zabitlər, xüsusi təyinatlıların zabitləri, müəyyən istiqamətlər üzrə tabor komandirləri, artileriya rəisləri ilə dəfələrlə görüşmüşəm, sənədlər üzərində, xəritələr üzərində işləmişəm. Bir hadisəni azı bir neçə yerlə dəqiqləşdirmişəm.

XTQ-nin Murov əməliyyatı, oradakı uğursuzluq, 1-ci Ordu Korpusunun əməliyyatları, həm hücum, həm müdafiə döyüşləri, manevrləri, erməni ordusunun hazırlığı, Azərbaycan ordusunun hazırlığı, hazırlıq prosesində görülən işlər, 2-ci Ordu Korpusunun əməliyyatları, xüsusilə artileriya, "Spike" və "TOS"ların fəaliyyəti, həmlə taborunun qanlı döyüşləri, XTQ-nin Füzuli-Cəbrayıl istiqamətinə gəlişi, ardınca başlanılan əməliyyatlar, Hordiz - ermənilərin əks hücum əməliyyatı, hücumun dayandırılması prosesi 3 istiqamət üzrə, ardınca Cəbrayıl istiqamətində döyüşlər, Hadrut, Yazı düzündəki əməliyyatlar, Şuşakənd, Daşaltı, XTQ-nin bir taborunun Şuşa əməliyyatını detallı şəkildə işləmişəm. Xalqdan Ali Baş Komandana, yardımdan qadınlara, taktikadan strategiyaya qədər ağla gələn, gəlməyən məsələləri kitabdan oxuya biləcəksiniz.

Düzdür, bir əsgər, bir manqa, bir tağım, bir tabor haqqında da kitab yazmaq olar. Ümumi müharibəni yazmaq riskdir, risk də ən sevidiyim şeydir. 44 günlük müharibəni birinci müharibədən fərqləndirən ən böyük şey birinci müharibədə fərdiçilik çox olub, ikincidə isə kollektivçilik. Ona görə də, fərdiçilikdən qaçmışam. İstisna olaraq Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin (Adil-82) fəaliyyəti və şəhid olmasını fərqləndirmişəm. Onu da fərqləndirməyib, kimi fərqləndirəcəkdim, bilmirəm.

Kitabla bağlı öz əziyyətimi qoyuram bir kənara, çünki sifariş deyildi, öz istəyimlə yazmışam. Özü yıxılan ağlamaz. Kitabda mənim qədər, bəlkə də məndən çox əziyyəti keçən şəxslər var. Araz Zeynalov üslubumu bilən redaktor kimi ilk redaktorluğunu etdi. Daha sonra gənc olsa da, biliyinə güvəndiyim, həm də qıpqırmızı sözü üzə deyən Aqil Bəkir redaktorluq etdi. Aqil Bəkirə bir kəlmə dedim, əgər zəifdirsə, heç bunu kitab deyə çıxarmayaq. Hər halda oxuyandan sonra cavabı müsbət oldu ki, kitabı çıxarmaq qərarına gəldim. Hərbi ekspert Elxan Şıxəliyev hərbi ekspert kimi oxudu, lazım olan düzəlişləri etdi. Hərbi ekspertlər Tərlan Eyvazov və Rövşən Məhərrəmov isə məsləhətlərini əskik etmədilər.

Kitab redakə və korrektə olunandan sonra "Çapar" yayınlarına müraciət etdim. Yusif İlhamoğlu sorğu-sual etmədən "səndən bunu gözləyirdim" dedi. "Çapar"a, Dilqəm Əhmədə minnətdaram!

Yuxarıda adları çəkilənlərlə yanaşı, adlarının hallanmasını istəməyən hüquqşünaslar da kitabı oxuyub və rəy veriblər.

Adları çəkilən və çəkilməyən hər kəsə sonsuz təşəkkür edirəm. Bu qədər əmək verdiklərinə baxmayaraq təmənnasız iş gördülər. Haqqınızı halal edin!

Kitabın maliyyəsinə gəldikdə isə bunun üçün ayrıca bir yazı yazacam. Düzdür, dostlar bilir, ancaq yenə də yazacam...

Səxavət Məmməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:281
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Mart 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri