Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir. Ayrı-ayrı hallarda müxtəlif tribunalardan ölkəmizlə bağlı verilən bəyanatlar reallığı
BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkün səsləndirdiyi fikirlər də bu qəbildəndir.
Azərbaycandan həmin qərəzli fikirlərə obyektiv münasibət özünü çox gözlətməyib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin cavabında, eləcə də Qərbi Azərbaycan İcmasının (QAİ) yaydığı bəyanatda Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında səsləndirilmiş qərəzli fikirlər sərt şəkildə qınanılıb.
Hər kəs üçün cavabdehlik Beynəxalq hüququn işləməsi üçün ilk növbədə selektiv yanaşmalara son qoyulmalıdır və bunu BMT kimi qurumlar etməlidirlər.
Dünya xalqları bu quruma ümid yeri kimi baxırlar. Ancaq ona bəslənilən ümidlər doğrulmur.
Azərbaycan ədalətsiz yanaşmanı təxminən otuz il ərzində öz üzərində hiss edib.
Belə ki, BMT-nin məlum dörd qətnaməsi kağız üzərində qalıb, ədalətsiz müharibə aparan, çoxsaylı cinayətlər törədən Ermənistan cəzalandırılmayıb.