Icma.az
close
up
RU
Saxta ədalət axtarışı

Saxta ədalət axtarışı

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Ayrı-ayrı hallarda müxtəlif tribunalardan ölkəmizlə bağlı verilən bəyanatlar reallığı əks etdirmir, hətta qərəzli səciyyə daşıyır.  BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkün səsləndirdiyi fikirlər də bu qəbildəndir. Azərbaycandan həmin qərəzli fikirlərə obyektiv münasibət özünü çox gözlətməyib.  Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin cavabında, eləcə də Qərbi Azərbaycan İcmasının (QAİ) yaydığı bəyanatda Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında səsləndirilmiş qərəzli fikirlər sərt şəkildə qınanılıb.

Hər kəs üçün cavabdehlik

Beynəxalq hüququn işləməsi üçün ilk növbədə selektiv yanaşmalara son qoyulmalıdır və bunu BMT kimi qurumlar etməlidirlər. Dünya xalqları bu quruma ümid yeri kimi baxırlar. Ancaq ona bəslənilən ümidlər doğrulmur.

Azərbaycan ədalətsiz yanaşmanı təxminən otuz il ərzində öz üzərində hiss edib. Belə ki, BMT-nin məlum dörd qətnaməsi kağız üzərində qalıb, ədalətsiz müharibə aparan, çoxsaylı cinayətlər törədən Ermənistan cəzalandırılmayıb. Cinayətkarları Azərbaycanın özü cəzalandırdı. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan, həmçinin zamanında torpaqlarımızda ağır müharibə cinayətlərinin törədilməsində iştirak etmiş separatçılar üzərində ədalət məhkəməsinin qurulmasına da nail olub. Onlar layiq olduqları cəzalarını alacaqlar. Buna heç kəsin şübhəsi olmasın. Volker Türk kimilərinin saxta ədalət axtarışına da hər hansı bir lüzum yoxdur. “Sülh üçün səyləri təqdir etmək tam mənzərəni kölgədə qoymamalıdır. Ədalət axtarışı müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilən hər kəs üçün cavabdehlik tələb edir”, - deyə Ayxan Hacızadə vurğulayıb. Onun sözlərinə görə, həqiqəti bərqərar etmək, qurbanlara ədaləti çatdırmaq və qanunun aliliyini təmin etmək üçün beynəlxalq hüquqi standartlara riayət etməklə ədalətli məhkəmə araşdırması vacibdir. Fikirlərinə davam edən XİN rəsmisi vurğulayıb: “Yalnız həqiqəti söyləmək, yaraları sağaltmaqla sülh və barışıq cəzasızlığa qalib gələcək”.

Qınaq doğuran çağırış

QAİ-nin yaydığı bəyanatda Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında səsləndirilmiş qərəzli fikirlər qınanılıb. Sənəddə vurğulanır ki, biz ali komissardan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının ağır fəsadlarını, o cümlədən dini-mədəni irsin dağıdılmasını və mina terrorunu pisləməsini, Ermənistanı itkin düşmüş 4 minə qədər azərbaycanlının taleyinin müəyyənləşdirilməsi üçün ölkəmizlə səmimi əməkdaşlığa dəvət etməsini gözləyirdik.

QAİ ali komissarı beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa, beynəlxalq insan hüquqlarına selektiv yanaşmamağa və suveren dövlətin məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırıb. “Biz ali komissardan Ermənistanı öz dədə-baba yurdlarına dinc yolla qayıdış uğrunda mübarizə aparan Qərbi azərbaycanlılarla dialoqa başlamağa çağırmasını gözləyirdik. Lakin ali komissar bunların heç birini etmədi. Əksinə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərdi, Xocalı soyqırımını törətmiş hərbi canilərin azad olunmasına çağırış etdi. Ali komissarın bu çağırışı faktiki olaraq cəzasızlığı təşviq etmək anlamına gəlir”, - deyə bəyanatda qeyd olunub.

MÜBARİZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Mart 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri