Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Sumqayıt Dövlət Universiteti (SDU) artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır.
Universitet hazırda Sumqayıt şəhərinin zəka mərkəzi, həm də intensiv islahatlar aparan, nüfuzunu artıran ali təhsil və elm mərkəzidir.
Rektor Rüfət Əzizovun rəhbərliyi ilə SDU beynəlxalq reytinqlərdə artıq yer almaqdadır və ən başlıcası bacarıqlı kadrların və mütəxəssislərin hazırlanmasında əsaslandırılmış strateji inkişaf prioritetlərinə və hədəflərinə malikdir.
Tələbələr yerli və beynəlxalq səviyyəli fəaliyyət istiqamətlərində kifayət qədər intensivləşiblər.
Beynəlmilləşmə hədəfləri tələbələri daha fəal olmağa, öz tədqiqatlarını dünyanın müxtəlif ölkələrində nəşr olunan elmi jurnallarda və beynəlxalq konfransların materiallarında nəşr etdirməyə sövq edir.
SDU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin 750-ci qrupunun bir qrup tələbəsi - Zümrüd Quliyeva, Sədaqət Həsənova, Məhəmmədəli Babazadə, Təranə Beybudova və Elsun Hüseynov professor Şəfa Əliyevin elmi rəhbərliyi altında yazdıqları “Azərbaycanda turizm sektorunun inkişafının aktual istiqamətləri” (ingilis dilində) - adlı məqaləsi ABŞ-da Filadelfiya şəhərində 21-22 noyabr 2024-cü il tarixində keçirilən Beynəlxalq Elmi-Praktiki Konfransın materiallarında nəşr olunub.
Məqalədə Azərbaycan iqtisadiyyatı fənni üzrə turizm sektoru və onun potensialı ilə bağlı keçirilən mühazirələrdə aparılan müzakirələr və diskussiyalarda formalaşan və tələbələr tərəfindən irəli sürülən təkliflərdən istifadə edilib.