Icma.az
close
up
RU
SDU tələbələrinin məqaləsi ABŞda nəşr edilib

SDU tələbələrinin məqaləsi ABŞda nəşr edilib

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Sumqayıt Dövlət Universiteti (SDU) artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Universitet hazırda Sumqayıt şəhərinin zəka mərkəzi, həm də intensiv islahatlar aparan, nüfuzunu artıran ali təhsil və elm mərkəzidir. Rektor Rüfət Əzizovun rəhbərliyi ilə SDU beynəlxalq reytinqlərdə artıq yer almaqdadır və ən başlıcası bacarıqlı kadrların və mütəxəssislərin hazırlanmasında əsaslandırılmış strateji inkişaf prioritetlərinə və hədəflərinə malikdir. Tələbələr yerli və beynəlxalq səviyyəli fəaliyyət istiqamətlərində kifayət qədər intensivləşiblər. Beynəlmilləşmə hədəfləri tələbələri daha fəal olmağa, öz tədqiqatlarını dünyanın müxtəlif ölkələrində nəşr olunan elmi jurnallarda və beynəlxalq konfransların materiallarında nəşr etdirməyə sövq edir.
SDU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin 750-ci qrupunun bir qrup tələbəsi - Zümrüd Quliyeva, Sədaqət Həsənova, Məhəmmədəli Babazadə, Təranə Beybudova və Elsun Hüseynov professor Şəfa Əliyevin elmi rəhbərliyi altında yazdıqları “Azərbaycanda turizm sektorunun inkişafının aktual istiqamətləri” (ingilis dilində) - adlı məqaləsi ABŞ-da Filadelfiya şəhərində 21-22 noyabr 2024-cü il tarixində keçirilən Beynəlxalq Elmi-Praktiki Konfransın materiallarında nəşr olunub. Məqalədə Azərbaycan iqtisadiyyatı fənni üzrə turizm sektoru və onun potensialı ilə bağlı keçirilən mühazirələrdə aparılan müzakirələr və diskussiyalarda formalaşan və tələbələr tərəfindən irəli sürülən təkliflərdən istifadə edilib. Məqalə müəllifləri Sertifikatlara layiq görülüblər.
Universitetin tədris prosesində fənn proqramlarının, sillabusların təkmilləşdirilməsi, kreativ tədris metodlarına üstünlük verilməsi, mühazirələrin maksimum yenilənməsi, daha çox diskussiyalara, layihəyönlü müzakirələrə üstünlük verilməsi tələbələrin düşüncə və dərketmə səviyyələrinin əhəmiyyətli şəkildə artmasına imkan verir. Tələbələr iqtisadiyyatın aktual sahələri üzrə təkliflər verir və fikirlərini ifadə edirlər. Belə mühitdə isə birgə tədqiqatların aparılması üçün əlverişli şərait yaranır. Bütün bunlar tələbələrin bacarıqlı və yaradıcı mütəxəssis kimi yetişməklərinə əlavə stimullar formalaşdırır.
Məqalənin adı və linkləri:
Aliyev Shafa Tiflis, Guliyeva Zumrud Turab, Hasanova Sadagat Elshan, Babazade Mahammadali Mirhadi, Beybudova Tarana Yashar, Huseynov Elsun Vugar. “Current directions of development of the tourism sector in Azerbaijan” (“Azərbaycanda turizm sektorunun inkişafinin aktual istiqamətləri”).
/ XVII International Scientific and Practical Conference «The modern vector of the development of science», November 21-22, 2024, Philadelphia, USA. 118 p.
ISBN 978-92-44514-29-0. DOI https://doi.org/10.5281/zenodo.14230404. P.39-45. My Webpage
Article- https://conference-w.com/wp-content/uploads/2024/11/USA.P-2122112024.pdf My Webpage
Sertifikat: https://conference-w.com/wp-content/uploads/2024/11/certificate-2122112024.pdf. My Webpage






Şəfa ƏlLİYEV,
Sumqayıt Dövlət Universitetinin professoru

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri