Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 23 aprel, Tatyana İvanayeva, AZƏRTAC “Sea Breeze Walk of Fame” ulduzlar xiyabanında görkəmli yazıçı, dramaturq, rejissor və prodüser, Azərbaycanın xalq yazıçısı, Azərbaycan SSR və Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Rüstəm İbrahimbəyovun adını daşıyan ulduzun açılışı baş tutub.AZƏRTAC xəbər verir ki, ulduzun təntənəli açılış mərasimində məşhur dramaturq və ssenaristin övladları Fuad və Fatimə İbrahimbəyovlar, müğənni və biznesmen, Azərbaycan xalq artisti Emin Ağalarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Yuli Qusman iştirak ediblər.
Qonaqlar arasında Azərbaycan xalq yazıçısı, mədəniyyət nazirinin müşaviri, əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, siyasi xadim Elmira Axundova, Azərbaycan xalq artisti Lüdmila Duxovnaya, Dünya Kinosunun 100 illiyi Fondunun direktoru Lala Əfəndiyeva, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev, "İbRus" teatrının truppasında yer almış rus dram teatrının aktyorları, Azərbaycan Respublikasının Əməkdar artisti Mələk Abbaszadə və Xalq artisti Məbud Məhərrəmov, rejissor Oleq Səfərəliyev, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının baş rejissoru Cavid İmamverdiyev və Rüstəm İbrahimbəyovla yollarının kəsişdiyi bir çox insanlar olub.Tanınmış bakılının əsərləri əsasında çəkilmiş filmlərin musiqilərinin sədaları altında keçirilən tədbir zamanı qonaqlar bu unikal insan haqqında xatirələrini bölüşüblər.
Yaxınları, doğmaları, dostları, sənətsevərlər tanınmış dramaturq və ssenarist Rüstəm İbrahimbəyovun çoxşaxəli istedadından danışıblar.Tədbiri rejissor və ssenarist Fuad İbrahimbəyov açaraq atasının xatirəsinə ulduzun bu gün açıldığı üçün Emin Ağalarova təşəkkürünü bildirib."Rüstəm İbrahimbəyov haqqında sonsuz danışmaq olar.
O, möhtəşəm ata, istedadlı şəxsiyyət, böyük miqyaslı insan idi.
İbrahimbəyovun ulduzunu bu “qübbə” üzərində yerləşdirdiyiniz üçün təşəkkürümü bildirirəm.
Həmçinin, onun xatirəsini yad etmək üçün buraya gələn hər kəsə minnətdaram", – deyə Fuad İbrahimbəyov bildirib.Azərbaycan Xalq yazıçısının qızı Fatimə İbrahimbəyova öz növbəsində toplaşanlarla məhz bu sahildə keçən uşaqlıq xatirələrini bölüşüb."Təxminən yarım əsr bundan əvvəl İbrahimbəyov qardaşları burada öz bağ evlərini tikiblər, yaxınlıqda isə Tahir Salahov və Araz Ağalarov da ev inşa etdilər və birlikdə bu çox da böyük olmayan yeri öz kiçik oazislərinə çevirdilər.
Bu yer çoxlu xatirələrlə bağlıdır. Bu, bizim və ilk növbədə atamız üçün güc mənbəyidir.