Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

“Sea Breeze Walk of Fame” xiyabanında Rüstəm İbrahimbəyovun ulduzunun açılışı baş tutub

“Sea Breeze Walk of Fame” xiyabanında Rüstəm İbrahimbəyovun ulduzunun açılışı baş tutub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 aprel, Tatyana İvanayeva, AZƏRTAC

“Sea Breeze Walk of Fame” ulduzlar xiyabanında görkəmli yazıçı, dramaturq, rejissor və prodüser, Azərbaycanın xalq yazıçısı, Azərbaycan SSR və Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Rüstəm İbrahimbəyovun adını daşıyan ulduzun açılışı baş tutub.

AZƏRTAC xəbər verir ki, ulduzun təntənəli açılış mərasimində məşhur dramaturq və ssenaristin övladları Fuad və Fatimə İbrahimbəyovlar, müğənni və biznesmen, Azərbaycan xalq artisti Emin Ağalarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Yuli Qusman iştirak ediblər. Qonaqlar arasında Azərbaycan xalq yazıçısı, mədəniyyət nazirinin müşaviri, əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, siyasi xadim Elmira Axundova, Azərbaycan xalq artisti Lüdmila Duxovnaya, Dünya Kinosunun 100 illiyi Fondunun direktoru Lala Əfəndiyeva, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev, "İbRus" teatrının truppasında yer almış rus dram teatrının aktyorları, Azərbaycan Respublikasının Əməkdar artisti Mələk Abbaszadə və Xalq artisti Məbud Məhərrəmov, rejissor Oleq Səfərəliyev, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının baş rejissoru Cavid İmamverdiyev və Rüstəm İbrahimbəyovla yollarının kəsişdiyi bir çox insanlar olub.

Tanınmış bakılının əsərləri əsasında çəkilmiş filmlərin musiqilərinin sədaları altında keçirilən tədbir zamanı qonaqlar bu unikal insan haqqında xatirələrini bölüşüblər. Yaxınları, doğmaları, dostları, sənətsevərlər tanınmış dramaturq və ssenarist Rüstəm İbrahimbəyovun çoxşaxəli istedadından danışıblar.

Tədbiri rejissor və ssenarist Fuad İbrahimbəyov açaraq atasının xatirəsinə ulduzun bu gün açıldığı üçün Emin Ağalarova təşəkkürünü bildirib.

"Rüstəm İbrahimbəyov haqqında sonsuz danışmaq olar. O, möhtəşəm ata, istedadlı şəxsiyyət, böyük miqyaslı insan idi. İbrahimbəyovun ulduzunu bu “qübbə” üzərində yerləşdirdiyiniz üçün təşəkkürümü bildirirəm. Həmçinin, onun xatirəsini yad etmək üçün buraya gələn hər kəsə minnətdaram", – deyə Fuad İbrahimbəyov bildirib.

Azərbaycan Xalq yazıçısının qızı Fatimə İbrahimbəyova öz növbəsində toplaşanlarla məhz bu sahildə keçən uşaqlıq xatirələrini bölüşüb.

"Təxminən yarım əsr bundan əvvəl İbrahimbəyov qardaşları burada öz bağ evlərini tikiblər, yaxınlıqda isə Tahir Salahov və Araz Ağalarov da ev inşa etdilər və birlikdə bu çox da böyük olmayan yeri öz kiçik oazislərinə çevirdilər. Bu yer çoxlu xatirələrlə bağlıdır. Bu, bizim və ilk növbədə atamız üçün güc mənbəyidir. Burada ilham alırdı, əsərlərini yazırdı, çoxlu layihələr düşünürdü və ən dəyərli qonaqları bura gətirirdi. Və onun ulduzunun məhz burada parlamasında bir sehr var", – deyə Fatimə İbrahimbəyova qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rüstəm İbrahimbəyovla illərlə davam edən dostluğundan söz açıb.

"Mənim dostumun xatirəsinə ulduzun açılması çox xoşdur. Daha da xoş olan odur ki, bu gün illərlə görmədiyim köhnə dostlarımla burada qarşılaşdım. Rüstəm dostlarını yığmağı sevirdi və bəlkə də onun ruhu bizi yenidən bir araya gətirdi. Rüstəm haqqında sonsuz danışmaq olar. O, gözəl yazıçı, dost, sadiq insan idi. Rüstəmin nuru bizim üçün həmişə bələdçi ulduzu olacaq. Rüstəm var olub, indi də var və olacaq da", – deyə Xalq yazıçısı bildirib.

Açılışda çıxış edən Azərbaycanın Xalq artisti Rasim Balayev vurğulayıb ki, hər kəs buraya dərin hörmətlə toplaşıb.

"Biz 40 ildən artıq dostluq etmişik. Rüstəm möhtəşəm miqyaslı və inanılmaz qəlbli insan idi. Onun mədəniyyətə töhfəsi əvəzolunmazdır. Bu ad bəşəriyyətin mədəni yaddaşında əbədi qalacaq", – deyə R. Balayev qeyd edib.

Rusiyanın teatr və kino rejissoru, televiziya aparıcısı Yuli Qusman öz xatirələrini böyük ruh yüksəkliyi ilə bölüşüb.

"Mən bu yerdə böyümüşəm. O zaman “Sea Breeze” yox idi, amma bu yenə də dünyanın ən gözəl çimərliyi idi. Rüstəmin ulduzunun bu sahildə açılması böyük hadisədir. Bu böyük insana, Vətəninə sadiq vətəndaşa ehtiramımı bildirmək və hər kəsə demək istəyirəm ki, Rüstəmin kitablarını oxuyun, filmlərinə baxın. Buraya gələn hər kəsə təşəkkür edirəm, lakin qeyd etmək istəyirəm ki, əslində bu gün burada bizimlə bütün dünyadan milyonlarla oxucu və tamaşaçı da var ki, Rüstəm İbrahimbəyovun yaradıcılığına dəyər verirlər", – deyə Yuli Qusman vurğulayıb.

Azərbaycan SSR və SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də Rüstəm İbrahimbəyovla bağlı isti xatirələrini bölüşüb. O qeyd edib ki, onun bir çox tanınmış müasirləri 60-cı illərin nümayəndələri olsa da, məhz Rüstəm həmin dövrün kvintessensiyası idi.

"Mən Rüstəmin çıxan hər bir kitabını, hər bir ssenarisini, Rus Dram Teatrında səhnələşdirilmiş tamaşalarını xatırlayıram. Hər kəs bilir ki, kosmonavtlar uçuşdan əvvəl həmişə Rüstəm İbrahimbəyovun ‘Səhranın ağ günəşi’ filminə baxırdılar. Bu bir ənənə idi, çünki film optimizm üçün enerji verirdi. Rüstəm daxili azad insan idi. Belə ki, Nardaranda bağ tikərkən balıqçılar, fəhlələr və yerli sakinlərlə dostlaşmışdı. Rüstəmin özəlliyi ondadır ki, o, həm sadə balıqçı ilə, həm də tanınmış rəssamla dostluq edə bilirdi", – deyə Fərhad Bədəlbəyli qeyd edib.

Emin Ağalarov da öz isti xatirələrini bölüşüb.

"Mən Rüstəm dayının evində böyümüşəm, buna görə də bu insana xüsusi bir məhəbbətim var. Biz Fuad və Fatimə ilə birgə böyümüşük, bir-birimizin evlərində qonaq olmuşuq. Rüstəm dayının evinə dəvət olmadan da daxil olmaq olardı, onun bağ evinin qapıları həmişə açıq idi. Burada həmişə çoxlu uşaq olardı. Bizimlə ünsiyyət zamanı Rüstəm dayı bizi doğru yola istiqamətləndirirdi, marağımızı cəlb edirdi, oxumaq və ya baxmaq üçün nəsə tövsiyə edirdi. Deyə bilərəm ki, “Sea Breeze”in yaradılmasında Rüstəm dayı da iştirak edib, axı onun evinə daim qonaq gələn heyrətamiz sənətkarları görürdük, burada zəngin süfrələr qurulurdu. Bütün bunlar tədricən “Sea Breeze” kimi ziyalı bir məkana çevrildi, bura da sənətçilərin üz tutduğu bir yerdir. Ancaq Nardaran sahilində belə bir həyat tərzinin, balıqçılar və yerli sakinlərlə dostluğun əsasını qoyan Rüstəm İbrahimbəyov olmuşdur", – deyə Emin Ağalarov yekunlaşdırıb.

Tədbirin kuliminasiya nöqtəsi Rüstəm İbrahimbəyovun ulduzunun açılışı oldu. Bu, onun sənətə ölməz töhfəsinin rəmzi, yaradıcılığı hələ də nəsillərə ilham verən bir ustada olan hörmət və sevginin ifadəsidir.

Qeyd etmək lazımdır ki, “Sea Breeze Walk of Fame” Azərbaycanda görkəmli sənətçilərə, musiqiçilərə, aktyorlara, yazıçılara və rəssamlara həsr olunmuş ilk Ulduzlar xiyabanıdır. Hal-hazırda burada 25 mədəniyyət və incəsənət xadiminin adına ulduz mövcuddur. Onların arasında Müslüm Maqomayev, Engelbert Xamperdink, Devid Foster, Vaqif Mustafazadə, Maqsud İbrahimbəyov və dünya mədəniyyətinin digər parlaq nümayəndələrinin adları yer alır. Ulduzlar kolleksiyası daim yeni məşhur adlarla zənginləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see289

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see225

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see211

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see207

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see204

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri