“Səbail”vari islahat

09.12.2024

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

3 tur əvvəl baş məşqçi Şahin Diniyevlə yolları ayıran “Səbail”in məqsədi sonuncu pilləyə düşməmək idi. Amma düşdü…

Cavid Hüseynovu bu posta təyin edən rəhbərlik, “bir güllə ilə iki dovşan vura bilmədi”…

İdeya “gənc, iddialı mütəxəssis” idi, reallıq isə:

“Mənim məşqçilikdə təcrübəm məlumdur”…

Cavid Hüseynov hansı təcrübədən dəm vururdusa, təyinatından bəri 3 oyunun heç birində məğlubiyyətdən xilas olmasına kömək edə bilməyib.

Deməli, iddialı olmaqla “iddialı olmaq” arasında fərq çox böyük imiş.

Seçdiyi məşqçi ilə qorxduğu sonuncu pilləyə yuvarlanan rəhbərlik isə ən mübhəm tənqidləri boynuna biçə bilər.

Hüseynov son oyundan sonra, “Diniyevin dövründə arabir qələbə olurdu, siz isə…” – sualına cavabında deyib ki, heyətdə yetərsay və keyfiyyət problemləri var.

Onda Diniyev qalmışdı da… Məntiq; uçan quşlar…

Kamil Əhməd

Əsas xəbərlər, Premyer liqa Bayılda heyətlər məlum oldu

7 Dekabr 2024, 14:09

Əsas xəbərlər, Manşet, PRESSinq “Səbail” tragikomediyası -TƏHLİL

6 Dekabr 2024, 8:14

Əsas xəbərlər, Ölkə futbolu “Səbail” üçün əlamətdar qol

5 Dekabr 2024, 11:02

Əsas xəbərlər, Ölkə futbolu “Səbail” sabiq oyunçusunu qaytardı

4 Dekabr 2024, 13:25

Əsas xəbərlər, Ölkə futbolu I Liqa klublarından vida, Tovuzda dramatik son

4 Dekabr 2024, 10:50

Əsas xəbərlər, Ölkə futbolu “Səbail” və “Araz-Naxçıvan” 1/4 finalda

3 Dekabr 2024, 18:26

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью