“Səbail”vari islahat
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
3 tur əvvəl baş məşqçi Şahin Diniyevlə yolları ayıran “Səbail”in məqsədi sonuncu pilləyə düşməmək idi. Amma düşdü…
Cavid Hüseynovu bu posta təyin edən rəhbərlik, “bir güllə ilə iki dovşan vura bilmədi”…
İdeya “gənc, iddialı mütəxəssis” idi, reallıq isə:
“Mənim məşqçilikdə təcrübəm məlumdur”…
Cavid Hüseynov hansı təcrübədən dəm vururdusa, təyinatından bəri 3 oyunun heç birində məğlubiyyətdən xilas olmasına kömək edə bilməyib.
Deməli, iddialı olmaqla “iddialı olmaq” arasında fərq çox böyük imiş.
Seçdiyi məşqçi ilə qorxduğu sonuncu pilləyə yuvarlanan rəhbərlik isə ən mübhəm tənqidləri boynuna biçə bilər.
Hüseynov son oyundan sonra, “Diniyevin dövründə arabir qələbə olurdu, siz isə…” – sualına cavabında deyib ki, heyətdə yetərsay və keyfiyyət problemləri var.
Onda Diniyev qalmışdı da… Məntiq; uçan quşlar…
Kamil Əhməd
Baxış sayı:119
Bu xəbər 09 Dekabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















