Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Şuşa şəhəri yenidən qurulur, mədəni və təhsil həyatı canlanır.
İşğaldan azad edilən Şuşa şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir.
Şuşa bu gün sürətli inkişaf mərhələsinə qədəm qoyub. Şəhərdə müasir infrastruktur yaradılır, tarixi-memarlıq abidələri bərpa olunur, yaşayış
Qədim memarlıq üslubu ilə müasir tikinti standartlarının uzlaşdırılması Şuşanın tarixi simasının qorunmasına xidmət edir.
Bərpa prosesinin əsas istiqamətlərindən biri də təhsil sahəsidir.
APA xəbər verir ki, bunu Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova deyib.
S.Gözəlova xatırladıb ki, 1830-cu ildə təməli qoyulan Şuşa şəhər 1 nömrəli tam orta məktəbi şəhər azad edildikdən sonra yenidən tikilərək 2024-cü ildə fəaliyyətə başlayıb.
Qeyd olunub ki, Cənubi Qafqazda ilk dünyəvi məktəblərdən biri hesab olunan bu təhsil müəssisəsi 960 şagird yerlikdir və 40 sinif otağından ibarətdir.