Icma.az
close
up
RU
Səbinə Gözəlova: Şuşada inşa olunan yeni binalar şagird və müəllimlərin sayının artmasına imkan yaradacaq

Səbinə Gözəlova: Şuşada inşa olunan yeni binalar şagird və müəllimlərin sayının artmasına imkan yaradacaq

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şuşa şəhəri yenidən qurulur, mədəni və təhsil həyatı canlanır. İşğaldan azad edilən Şuşa şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Şuşa bu gün sürətli inkişaf mərhələsinə qədəm qoyub. Şəhərdə müasir infrastruktur yaradılır, tarixi-memarlıq abidələri bərpa olunur, yaşayış binaları və sosial obyektlər inşa edilir. Qədim memarlıq üslubu ilə müasir tikinti standartlarının uzlaşdırılması Şuşanın tarixi simasının qorunmasına xidmət edir. Bərpa prosesinin əsas istiqamətlərindən biri də təhsil sahəsidir.

APA xəbər verir ki, bunu Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova deyib.

S.Gözəlova xatırladıb ki, 1830-cu ildə təməli qoyulan Şuşa şəhər 1 nömrəli tam orta məktəbi şəhər azad edildikdən sonra yenidən tikilərək 2024-cü ildə fəaliyyətə başlayıb. Qeyd olunub ki, Cənubi Qafqazda ilk dünyəvi məktəblərdən biri hesab olunan bu təhsil müəssisəsi 960 şagird yerlikdir və 40 sinif otağından ibarətdir. Məktəb müasir texniki və tədris avadanlıqları ilə təchiz olunub. Məktəbdə fəaliyyət göstərən STEAM Mərkəzində şagirdlər robototexnika, proqramlaşdırma, virtual reallıq, dron texnologiyaları və bərpa olunan enerji istiqamətləri üzrə biliklər əldə edirlər. Bu imkanlar şagirdlərin elmi və texnoloji bacarıqlarının inkişafına şərait yaradır.

S.Gözəlova deyib ki, şəhərdə inşa olunan yeni yaşayış binaları doğma yurda qayıdan sakinlərin sayının artacağını deməyə əsas verir: “Bu da yaxın illərdə Şuşada təhsil alan şagirdlərin və müəllim heyətinin sayının artmasına imkan yaradacaq.

Hazırda Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edir və beynəlxalq müstəvidə tanıdılır. Türk dünyasının mədəniyyət paytaxtı statusunu daşıyan şəhər tarixi irsi qorumaqla yanaşı, müasir şəhər modelinə uyğun şəkildə inkişaf etdirilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Yanvar 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri