Şəbnəm Tovuzludan sonra gündəmə gəldi Təhlükə var | Icma.az
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Şəbnəm Tovuzlunun arıqladıcı çay istifadəsindən sonra sağlamlıq problemləri yaşaması diqqət çəkib.
Bu cür sürətli arıqlama üsullarının ciddi sağlamlıq riskləri, hətta ölüm hallarına səbəb olduğu deyilir.
Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə tədqiqatçı və ekspert Asim Vəliyevin fikrincə, insanların tez zamanda arıqlama həvəslərini fürsətə çevirən sahibkarlar marketinq gedişi olaraq arıqlamaq üçün dərmanları, çayları, detoks məhsullarını reklam edirlər: “Halbuki bu yanaşma problemin kökünü həll etmir, əksinə, bəzən sağlamlığa ciddi zərər verir.
Arıqlamaq əslində bədənin öz bioloji tarazlığını yenidən qurması prosesidir.
Əvvəlcə bir həqiqəti qəbul etmək lazımdır ki, kökəlmə xəstəlik deyil, nəticədir.
Səbəblər isə çox vaxt yanlış qidalanma, hərəkətsizlik, yuxu pozğunluğu, stress və hormonal balanssızlıqdır.
Bu səbəbləri dəyişməyərək, yalnız dərman qəbul etməklə qalıcı arıqlamaq mümkün deyil”.
Tam oxu
Xəbəri oxu