Icma.az
close
up
RU
Şəbnəm Tovuzludan sonra gündəmə gəldi Təhlükə var

Şəbnəm Tovuzludan sonra gündəmə gəldi Təhlükə var

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müğənni Şəbnəm Tovuzlunun arıqladıcı çay istifadəsindən sonra sağlamlıq problemləri yaşaması diqqət çəkib. Bu cür sürətli arıqlama üsullarının ciddi sağlamlıq riskləri, hətta ölüm hallarına səbəb olduğu deyilir.

Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə tədqiqatçı və ekspert Asim Vəliyevin fikrincə, insanların tez zamanda arıqlama həvəslərini fürsətə çevirən sahibkarlar marketinq gedişi olaraq arıqlamaq üçün dərmanları, çayları, detoks məhsullarını reklam edirlər:

“Halbuki bu yanaşma problemin kökünü həll etmir, əksinə, bəzən sağlamlığa ciddi zərər verir. Arıqlamaq əslində bədənin öz bioloji tarazlığını yenidən qurması prosesidir. Əvvəlcə bir həqiqəti qəbul etmək lazımdır ki, kökəlmə xəstəlik deyil, nəticədir. Səbəblər isə çox vaxt yanlış qidalanma, hərəkətsizlik, yuxu pozğunluğu, stress və hormonal balanssızlıqdır. Bu səbəbləri dəyişməyərək, yalnız dərman qəbul etməklə qalıcı arıqlamaq mümkün deyil”.

Mütəxəssis bildirib ki, arıqlamağın əsas şərti yediklərimizin keyfiyyətini dəyişməkdir:

“Kaloridən əvvəl vacib olan nə yediyimizdir. Təbii qidalar olan yumurta, qatıq, ət, balıq, tərəvəz, meyvə, tam taxıllar bədəni bioloji olaraq doyurur. Uzun müddət aclıq hissi yaratmır. Emal olunmuş məhsullar, şəkərli içkilər, ağ un məmulatları isə sürətlə aclıq yaradır və yağ yığımını artırır. Digər vacib məsələ yemək saatlarıdır. Bədən gecə istirahət və bərpa üçün proqramlanıb. Axşam gec saatlarda yemək insulin səviyyəsini yüksəldir və yağlanmanı sürətləndirir. Axşam yüngül yemək, gecə isə mədəni boş buraxmaq arıqlamanın ən təsirli üsullarından biridir.

Hərəkət məsələsində də ifrata varmaq lazım deyil. Hər gün ağır idman etmək şərt deyil. Gündə 30-40 dəqiqə gəzinti, pilləkən çıxmaq, aktiv həyat tərzi bədənin yağ yandırma mexanizmini işə salmaq üçün kifayətdir. Əsas məsələ davamlılıqdır”.

A.Vəliyev deyib ki, tibbi göstəriş olmadan istifadə edilən arıqlama dərmanları qısa müddətdə çəki azaltsa da, çox vaxt ürək, qaraciyər, hormon sistemi və psixoloji baxımdan zərər verir:

“Detoks adı altında içilən məhlullar bədəni təmizləmir, sadəcə su itkisi yaradır. Çəki geri qayıdır, bəzən daha artıq formada bu baş verir. Arıqlamaq üçün ən təhlükəsiz və qalıcı yol sadə həyat tərzi dəyişiklikləridir. Real qida, vaxtında yemək, hərəkət, yuxu və stresin azaldılması ən vacib addımlardır. Bu kimi içkilərdən möcüzə gözləmək əbəsdir. Ən düzgün variant sağlam həyat tərzidir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri