Səbrsiz sürücülər əks yola çıxıb təhlükə yaratdılar 77 TY 381 və 90 DA 100 VİDEO

29.06.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Şamaxı–İsmayıllı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 28-də saat 15:21 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, 77-TY-381 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı və 90-DA-100 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobillərin sürücüləri yolda yaranan sıxlığı nəzərə almayaraq bütöv xəttin tələbini pozub və əks hərəkət zolağına çıxıblar.

Nəticədə sürücülər qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədib, eyni zamanda qəza şəraiti yaradıblar. Daha sonra onlar yenidən öz hərəkət zolaqlarına qayıdarkən digər nəqliyyat vasitələrini sıxışdıraraq təhlükəli vəziyyət yaradıblar və yoldakı sıxlığın daha da artmasına səbəb olublar.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью