Səbrsiz sürücülər əks yola çıxıb təhlükə yaratdılar 77 TY 381 və 90 DA 100 VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Şamaxı–İsmayıllı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 28-də saat 15:21 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, 77-TY-381 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı və 90-DA-100 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobillərin sürücüləri yolda yaranan sıxlığı nəzərə almayaraq bütöv xəttin tələbini pozub və əks hərəkət zolağına çıxıblar.
Nəticədə sürücülər qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədib, eyni zamanda qəza şəraiti yaradıblar. Daha sonra onlar yenidən öz hərəkət zolaqlarına qayıdarkən digər nəqliyyat vasitələrini sıxışdıraraq təhlükəli vəziyyət yaradıblar və yoldakı sıxlığın daha da artmasına səbəb olublar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 29 İyun 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















