Səbuhi Sadıqova 2 müavin təyin olundu Biri keçmiş nazirin oğludur

04.11.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az-ın xəbərinə görə, onlar Zaur Abişev və Zaur Ələkbərovdur.

Qeyd edək ki, Zaur İlham oğlu Abişe 1984-cü ildə anadan olub.

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə ilə bitirib, 2008-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Georgia Ştat Universiteti ilə birgə proqramı çərçivəsində Biznesin inzibatçılığı və əməliyyatların idarə edilməsi ixtisası üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə ABŞ-ın Alaska ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.

Əmək fəaliyyətinə 2006-cı ildə maliyyə sektorunda başlayıb. 2007-2018-ci illərdə “Ernst & Young” beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışmış və baş menecer səviyyəsinədək yüksəlib. 2018-2022-ci illərdə “MKT İK” aqrar-sənaye şirkətində İdarə Heyətinin üzvü və baş maliyyə direktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Zaur Əvəz oğlu Ələkbərov isə 1986-cı ildə anadan olub.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2017-ci ildə İsveçrənin IMD Biznes Məktəbində biznesin idarə olunması üzrə MBA dərəcəsini əldə edib. 2020-ci ildə Harvard Universitetinin John Kennedy adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 2004-cü ildə “Unibank” KB-da başlamış, bankın beynəlxalq əlaqələr və xəzinədarlıq istiqamətlərində çalışıb. 2009–2015-ci illərdə “Bank Respublika” ASC-də filial direktoru və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib.

2016-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Korporativ Biznes Departamentinin direktor müavini, 2018–2024-cü illərdə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Onu da qeyd edək ki, Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.

Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, Prezidentin dünən imzaladığı Sərəncamla Səbuhi Sadıqov Dövlət Ehtiyatları Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Könül Vəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью