Səbuhi Sadıqova 2 müavin təyin olundu Biri keçmiş nazirin oğludur
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az-ın xəbərinə görə, onlar Zaur Abişev və Zaur Ələkbərovdur.
Qeyd edək ki, Zaur İlham oğlu Abişe 1984-cü ildə anadan olub.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə ilə bitirib, 2008-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Georgia Ştat Universiteti ilə birgə proqramı çərçivəsində Biznesin inzibatçılığı və əməliyyatların idarə edilməsi ixtisası üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə ABŞ-ın Alaska ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.
Əmək fəaliyyətinə 2006-cı ildə maliyyə sektorunda başlayıb. 2007-2018-ci illərdə “Ernst & Young” beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışmış və baş menecer səviyyəsinədək yüksəlib. 2018-2022-ci illərdə “MKT İK” aqrar-sənaye şirkətində İdarə Heyətinin üzvü və baş maliyyə direktoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
Zaur Əvəz oğlu Ələkbərov isə 1986-cı ildə anadan olub.2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2017-ci ildə İsveçrənin IMD Biznes Məktəbində biznesin idarə olunması üzrə MBA dərəcəsini əldə edib. 2020-ci ildə Harvard Universitetinin John Kennedy adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2004-cü ildə “Unibank” KB-da başlamış, bankın beynəlxalq əlaqələr və xəzinədarlıq istiqamətlərində çalışıb. 2009–2015-ci illərdə “Bank Respublika” ASC-də filial direktoru və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib.
2016-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Korporativ Biznes Departamentinin direktor müavini, 2018–2024-cü illərdə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Onu da qeyd edək ki, Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.
Ailəlidir, 2 övladı var.
Xatırladaq ki, Prezidentin dünən imzaladığı Sərəncamla Səbuhi Sadıqov Dövlət Ehtiyatları Agentliyinin sədri vəzifəsinə təyin edilib.
Könül Vəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 04 Noyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















