Ses qazeti saytına istinadən Icma.az xəbər verir. Fevralın 23-də keçiriləcək Bundestaqa seçkilərdə iğtişaşların baş verəcəyi gözlənilir Bu g
Bəzi böyük güclər istəsələr belə müharibələrin qarşısını ala bilmirlər.
Çünki müharibə ocaqları o dərəcədə geniş və qızğın xarakter alıb ki, onu hansısa çağırışla söndürmək mümkün deyil.
Bu səbəbdən də Rusiya-Ukrayna müharibəsi daha amansız və gərgin xarakter almaqdadır.
Hətta vəziyyət o dərəcə fəlakətli vəziyyət alıb ki, Rusiya tərəfi Ukraynanı və Avropanı, eləcə də ABŞ-ı nüvə silahı ilə hədələyir.
Ukrayna tərəfi bütün təhdidlərə, təzyiqlərə və hədələrə baxmayaraq özünün törpaq bütövlüyünü təmin etmək üçün mübarizəsini davam etdirir.
Bununla yanaşı Zelenski hakimiyyəti Rusiyaya daha tutarlı və zərbə xarakterli cavab vermək üçün Avropa ölkələrindən nüvə silahı istəyir.
Təbii ki, Fransa Zelenskini nüvə silahı ilə təmin edilməsinə dəstək verə bilər.