Icma.az
close
up
RU
Seçkiöncəsi Almaniyada siyasi gərginlik artır TƏHLİL

Seçkiöncəsi Almaniyada siyasi gərginlik artır TƏHLİL

Ses qazeti-ə istinadən Icma.az xəbər verir Seçkiöncəsi Almaniyada siyasi gərginlik artır TƏHLİL.

Fevralın 23-də keçiriləcək Bundestaqa seçkilərdə iğtişaşların baş verəcəyi gözlənilir

Bu gün dünyanın bütün bölgələrində müharibələr, münaqişələr hökm sürür. Bəzi böyük güclər istəsələr belə müharibələrin qarşısını ala bilmirlər. Çünki müharibə ocaqları o dərəcədə geniş və qızğın xarakter alıb ki, onu hansısa çağırışla söndürmək mümkün deyil. Bu səbəbdən də Rusiya-Ukrayna müharibəsi daha amansız və gərgin xarakter almaqdadır. Hətta vəziyyət o dərəcə fəlakətli vəziyyət alıb ki, Rusiya tərəfi Ukraynanı və Avropanı, eləcə də ABŞ-ı nüvə silahı ilə hədələyir. Ukrayna tərəfi bütün təhdidlərə, təzyiqlərə və hədələrə baxmayaraq özünün törpaq bütövlüyünü təmin etmək üçün mübarizəsini davam etdirir. Bununla yanaşı Zelenski hakimiyyəti Rusiyaya daha tutarlı və zərbə xarakterli cavab vermək üçün Avropa ölkələrindən nüvə silahı istəyir. Təbii ki, Fransa Zelenskini nüvə silahı ilə təmin edilməsinə dəstək verə bilər. Ona görə ki, Rusiyanı yerində oturtmaq üçün yeganə təsirli vasitə nüvə silahına malik olmaqdır. Digər tərəfdən ABŞ-ın 1998-ci ildə İsraili 200-ə qədər nüvə başlığı ilə təmin etməsi təcrübəsi də ortada mövcuddur. Bu baxımdan Ukraynanın nüvə silahı ilə təmin edilməsi mübahisə yarada bilməz. Yəni əksər ölkələrin siyasi dairələri Ukraynanın nüvə silahı ilə təmin olunmasına yardımçı ola bilərlər. Bu isə müharibənin daha da alovlanması demək olacaq. Ukrayna daha bir Kurski ocağı yaratmaq və Rusiyanın içərilərinə bir qədər də irəliləmək üçün həvəsli görünəcək. Vəziyyətin onun dövləti üçün heç də yaxşı olmadığını anlayan Rusiya hakimiyyəti, xüsusilə də V.Putin “Rusiyasız dünya bizim nəyimizə lazım?” fikrini reallaşdırmağa çalışacaq. Söz yox ki, nüvə silahından istifadə dünyanın sonu olacaq. Yəni qalib və məğlub olmayacaq. İtirən və varlığına son qoyulan bəşəriyyət olacaq. Görünür ABŞ-ın yeni prezidenti D.Tramp V.Putinin nüvə silahından istifadə etmək fikrində ciddi olduğunu anladığından qorxuya düşüb. Bu səbəbdən də son günlər telefondan asılı qalıb, V.Putinlə danışıqlar aparır və müharibəni dayandırmağa onu razı salmağa çalışır. Təbii ki, Tramp üçün önəmli deyil, kim uduzacaq, kim qalib gələcək. Onun əsas niyyəti və məqsədi müharibəyə son qoymaq və özünü dünyada barışdırıcı lider kimi təqdim etməkdir. Lakin inandırıcı deyil ki, Ukrayna tərəfi Krımın, Luqanskinin, Donbasın itirilməsi qarşılığında müharibə dayandırılsın. Ukrayna hakimiyyəti, onun prezidenti heç bir hal da alçaldıcı atəşkəs razılaşmasını qəbul etməyəcək. Nəzərə almaq lazımdır ki, Avropanın əksər ölkələri, o cümlədən də Almaniya, Niderland, Fransa və digər dövlətlər Ukraynanın ərazi bütövlüyünün pozulmasına qarşıdılar. Hətta Fransa prezidenti E.Makron Ukraynaya əsgər yardımın göstərilməsi təklifi ilə çıxış edir. Lakin Almaniyanın hazırkı kansleri O.Şolts Makronun irəli sürdüyü təklifini rədd edir. Bu səbəbdən də iki nasist dövlət arasında gərginlik yaranıb. Qarşıdurmanın davam etməsi Rusiyanın maraqlarına xidmət etsə də, görünən ondan ibarətdir ki, yaxın vaxtlarda Almaniyada keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən sonra E.Makronun Ukrayna ilə bağlı arzu etdiyi siyasət həyata keçiriləcək.

Fridrix Merz Rusiyaya ordu göndərəcəyini bildirir

2025-ci ilin fevralın 23-də Almaniyada baş tutacaq parlament seçkiləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir, mövqelər ifadə edilir. Birmənalı mövqe isə ondan ibarətdir ki, indiki kansler O.Şolsun kreslosunu qoruyub saxlaması mümkün deyil. Çünki onun apardığı siyasət birbaşa nasistlərin maraqlarına xidmət edir. Ölkənin iqtisadiyatı çöküb, xarici siyasətdə arzuedilməz proseslər yaşanır. Müxtəlif agentliklərin, sorğu mərkəzlərinin gəldiyi qənaətə görə, Avropada Fransadan sonra ən acınacaqlı sosial-iqtisadiyyata malik Almaniyadır. “Bloomberg” agentliyi qeyd edir ki, son beş ildə Almaniyada iqtisadi göstəricilər nəzərəçarpacaq dərəcədə aşağı düşüb: “Almaniya iqtisadiyyatı geri dönüşü olmayan nöqtəyə yaxınlaşır. Biznes liderləri bunu bilir, ölkədəki insanlar bunu hiss edirlər, lakin siyasətçilər cavab tapa bilməyiblər. 2024-cü ildə beş illik durğunluqdan sonra Almaniya iqtisadiyyatı da artım tendensiyası davam etsə də, bu, əvvəlkindən 5 faiz kiçik olacaq”.

“Bloomberg” agentliyi onu da vurğulayır ki, ucuz Rusiya enerjisinin itirilməsi, “Volkswagen AG”la “Mercedes-Benz Group AG” və Çin avtomobil istehsalçıları arasında rəqabət kimi "struktur şoklar" səbəbindən iqtisadi yavaşlamanın böyük hissəsini həll etmək çətin olacaq.

Bundestaqın üzvü, AfD –nin təmsilçisi xanım Vaydel O.Şoltsu yanlış siyasəti ilə “Almaniyanı nüvə başlıqlı raketlər üçün ilk hədəfə çevirməkdə” ittiham edib. Onun fikrincə, kansler Ukraynaya düşünülməmiş silah tədarükü ilə ölkəni “Avropada yeni dəhşətli müharibəyə sürükləyir”. AfD Berlinin ABŞ siyasətinə kor-koranə sadiqliyini ölkənin yoxsullaşması və müharibə təhlükəsi ilə əlaqələndirsə də, həmçinin Ukraynaya “dəlisov” silah tədarükünə yenidən baxmağı və Moskvaya qarşı əsassız sanksiyaları ləğv etməyi təklif etsə də, XDİ-nin mövqeyi sülhsevərdir.CDU-nun kansleri namizədi Fridrix Merz Ukraynanı Almaniyanın "Taurus" qanadlı raketləri ilə təhdid etməklə Rusiyaya təzyiq göstərməyə çalışacağını bildirib. Onun fikrincə Moskva 24 saat ərzində hərbi əməliyyatları dayandıracaq. F.Merz, həmçinin silahlara xərclərin artırılmasının tərəfdarıdır. Almaniya ABŞ-ın NATO ölkələrinin ÜDM-in ən azı 2%-ni müdafiəyə xərcləməsi ilə bağlı məlum tələbini yerinə yetirmək istiqamətində sürətlə irəliləyir. Nəhəng iqtisadiyyatı olan Almaniya üçün kiçik Latviya və ya Estoniyadan fərqli olaraq, belə bir addım vergi ödəyicilərinin on milyardlarla avro daha çox ödəməsi demək olardı. F.Merz onu da bildirib ki, silahdan istifadə etməmək üçün özümüzü müdafiə etməyi bacarmalıyıq.

Nasistlər Almaniyadakı seçkilərə silahlı dəstələr cəlb edir

Aparılan sorğular təsdiq edir ki, fevralın 23-də keçiriləcək seçkilərin qalibi F.Merz olacaq. Hətta F.Merz seçkilərdə saxtakarlığa yol verilməməsi və səslərinin əlindən alınmaması üçün silahlı nasistlər dəstəsi formalaşdırıb. Silahlı nasistlərin əsas vəzifəsi məntəqlərin önündə keşik çəkmək və bir növ bununla O.Şolts hakimiyyətinə, eləcə də digər qüvvələrə hədə mesajı göndərməkdir. Analitiklərin gəldiyi qənaətə görə, O.Şolts və onun müttəfiqləri bütün mümkün vasitələrdən istifadə etməklə F.Merzi qutuda saxlamaq istəkləri baş tutmayacaq. Bu isə onu deməyə əsas verir ki, seçkilərdən sonra hakim koalisiyanın – XDİ və psevdoekoloq Yaşılların “qara-yaşıl” alyansının proqramının qısa konturudur. Bununla belə, vəziyyəti erkən seçkiyə gətirməklə, Şolts yəqin ki, hələ də hakimiyyətdə qalmağa ümid edir. O, bunu ancaq çox çətin bir koalisiyada bacaracaq. XDİ Sosial Demokratlarla “böyük koalisiyaya” razılaşarsa, o, yaranacaq. Bu inkişaf Rusiya üçün yaxşı heç nə vəd etməsə də, yenə də “qara-yaşıl” variantdan daha yaxşıdır. Solts heç olmasa Zelenskiyə “Taurus” raketlərinin göndərilməsinə qarşıdır və Rusiyanın dərinliklərinə zərbələr endirilməsinin əleyhinə olduğunu bəyan edib.

F.Merzin radikal mövqe nümayiş etdirməsi və Rusiyaya qarşı hərbi müdaxilə ilə hədələməsi onun nasistlərin əsas ideoloqlarından olmasıdır. Söz yox ki, F.Merz Rusiyaya qarşı iddialı fikirlərlə çıxış etməsi təsadüfi sayıla bilməz. Məsələnin kökündə Almaniyanın dünyada məhv olmuş dövlət imici mövcuddur. Merzi Rusiya-Ukrayna müharibəsində birinciyə qarşı hərbi cəza dəstələrindən çalışması Almaniyanın dünyada itirilmiş mövqelərini və nüfuzunu yenidən bərpa etməyə hesablanıb. Digər tərəfdən Merz radikal mövqeyi və fəaliyyəti ilə dünyada bəzi dövlətləri faşistlərin ideoloji-siyasi fəaliyyətini bərpa etməsi ilə qorxutmağa çalışır. Bunu açıq şəkil də görən nisbətən yumşaq siyasət yürütməyə meyilli olan O.Şolts siyasi maraqlarını təmin etmək üçün müxtəlif siyasi partiyaların və dərnəklərin imkanlarından bəhrələnməyə çalışır. Onu “Hakimiyyətə radikalların gəlməsi dünyada Almaniyanın imicini ləkələyəcək” seçkiöncəsi seçicilərlə görüşündə bildirməsi almanları təhlükə ilə üz-üzə olduqlarına xəbardar etməyə və bu məsələdən yaralanmağa çalışır. Həm də bu cür mövqeyi ilə əhalini Merzinə qarşı birləşdirməyə çalışır. Bu yöndə əhalini qorxutmaqdan çəkinmir. Hətta ölkə də olan miqrantları öz tərəfinə çəkmək üçün O.Şolts onları Merzin kansler seçiləcəyi təqdirdə miqrantların ölkədən çıxarılacağı ilə hədələyir. O.Şoltsla F. Merzi arasında keçilən seçkiöncəsi debat zamanı tərəflər bir-birini gözdən salmaqdan, təhqir və tənqid etməkdən çəkinmədilər. Merz O.Şoltsu bir il ərzində ölkəyə 2 milyona yaxın miqrantın daxil olmasına imkan yaratması ilə almanların hüquqlarını kobud şəkil də pozduğunu bildirib. Həmçinin Merz Ukrayna siyasətində yumşaq siyasət yürütməkdə günahlandırdı və bu siyasəti ilə Rusiyanın maraqlarına xidmət etdiyini bildirdi.

Bütün bu kimi seçkiöncəsi qarşıdurmalar onu deməyə əsas verir ki, Bundenstaqa keçiriləcək seçkilərdə ciddi qarşıdurmalar yaşanacaq. Hətta F.Merz qalibiyyətinə şübhə doğuran məqamlarla üzləşərsə, ölkədə vətəndaş müharibəsinin baş verməsinə səbəb ola biləcək addımlar ata bilər.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elon Maskın oğlu Trampla mətbuat konfransında iştirakçılardan birinə sus deyib Video

12 Fevral 2025 18:48see135

Şvartsenegger oğlunun çılpaq səhnələrinə şərh verib…

12 Fevral 2025 20:07see130

Türkiyə sakini üç ildən sonra ögey anası ilə görüşmək istədi: Çürümüş cəsədini və sümüklərini tapdı

13 Fevral 2025 04:02see124

Stresi atmaq üçün göbəklərinə sürtürlər

13 Fevral 2025 04:04see123

Qərbin anti Rusiya blokadası yarıldı Slutski

12 Fevral 2025 22:49see122

Liverpul derbisində 4 qol

13 Fevral 2025 01:35see120

ÇL: Bayern Münhen Şotlandiyada sevindi, Milan məğlub oldu

13 Fevral 2025 02:28see116

Jorje Jezuş: “Salahı “Əl Hilal”da görmək istəyərəm”

12 Fevral 2025 23:19see116

Tramp Putinlə danışığı haqda yazdı: Moskvaya gəlir!

12 Fevral 2025 21:44see116

2025 ci ilin 6 ən yaxşı smartfonu SİYAHI

13 Fevral 2025 12:16see114

Qoyun ətinin faydalı təsirləri

12 Fevral 2025 19:22see114

Tramp Ukraynadakı müharibədə “milyonlarla insanın ölümünün dayandırılması”nın tərəfdarı olduğunu bildirib

12 Fevral 2025 21:55see111

ABŞ də qadın 3 qızını öldürüb, intihar etdi FOTOLAR

13 Fevral 2025 12:16see110

Səfir “TRT Avaz”ın yeni rəhbəri ilə görüşüb, müzakirələr aparıb

13 Fevral 2025 03:23see109

Paşinyanın Qərbi Azərbaycan İcması barədə iddiaları reallığı təhrif edir Deputat

13 Fevral 2025 00:47see109

Zelenski Poroşenkoya qarşı sanksiyaları şərh etdi

13 Fevral 2025 00:54see108

Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir

12 Fevral 2025 20:11see108

ABŞ müdafiə naziri: Trampın Putin və Zelenski ilə danışıqları sülhə gətirib çıxaracaq

13 Fevral 2025 12:15see107

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib

12 Fevral 2025 18:20see107

Yeni əməkdaşlıq perspektivi...

13 Fevral 2025 09:55see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri