Icma.az, Apasport portalına istinadən məlumat verir. Hazırda Kosovonun yüksək liqasında 1-ci pillədə qərarlaşan "Drita"nı "Qarabağ"ın sabiq
Ağdam klubunda oynamış Saini apasport.az saytına müsahibə verib. - “Drita”da işləriniz necə gedir?
Hazırda Kosovo yüksək liqasında birinci pillədəsiz. Səncə, bu mövsüm çempion ola biləcəksiz?
- Bəli, hazırlıqlarımız, işlərimiz çox yaxşı gedir. Mövsümün əvvəlində hədəfimiz çempionluq idi.
İndi də hazırlıqlarımız davam edir və daha çox çalışmağımızın mükafatını da alırıq. 22 həftə geridə qalıb və 11 xallıq fərq var.
Amma futbol rahatlaşmağı yox, eyforiyaya düşməməyi sevir. Liqanın bitməyinə 14 həftə var.
Çempionluq əhvalına girmədən bundan da çox çalışmaq, konsentrasiyamızı maksimum səviyyədə tutaraq yolumuza davam etmək lazımdır.
Mövsümün sonunda Allah qoysa, hədəfimizə çatarıq. - Azərbaycanda “Qarabağ”, Kosovoda isə “Balkani” hegemonluq, dominantlıq edir.