Icma.az
close
up
RU
Sedat Saini: Bayer ə ən çətin anlar yaşadan komanda Qarabağ idi

Sedat Saini: Bayer ə ən çətin anlar yaşadan komanda Qarabağ idi

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Hazırda Kosovonun yüksək liqasında 1-ci pillədə qərarlaşan "Drita"nı "Qarabağ"ın sabiq baş məşqçisi Zəkəriyyə Ramadani və köməkçisi Sedat Saini çalışdırır.

Ağdam klubunda oynamış Saini apasport.az saytına müsahibə verib.

- “Drita”da işləriniz necə gedir? Hazırda Kosovo yüksək liqasında birinci pillədəsiz. Səncə, bu mövsüm çempion ola biləcəksiz?
- Bəli, hazırlıqlarımız, işlərimiz çox yaxşı gedir. Mövsümün əvvəlində hədəfimiz çempionluq idi. İndi də hazırlıqlarımız davam edir və daha çox çalışmağımızın mükafatını da alırıq. 22 həftə geridə qalıb və 11 xallıq fərq var. Amma futbol rahatlaşmağı yox, eyforiyaya düşməməyi sevir. Liqanın bitməyinə 14 həftə var. Çempionluq əhvalına girmədən bundan da çox çalışmaq, konsentrasiyamızı maksimum səviyyədə tutaraq yolumuza davam etmək lazımdır. Mövsümün sonunda Allah qoysa, hədəfimizə çatarıq.

- Azərbaycanda “Qarabağ”, Kosovoda isə “Balkani” hegemonluq, dominantlıq edir. “Drita”nın “Qarabağ” kimi dominantlıq etməsi üçün nə lazımdır? “Balkani” – “Drita” mübarizəsini “Qarabağ” – “Neftçi” rəqabəti ilə müqayisə etmək olar?
- Kosovoda son üç ildir ki, "Balkani" çempionluq yaşayır. "Drita" bu zamanda hər zaman çempionluq uğrunda sona qədər mübarizə aparıb. Ötən mövsüm fasilə zamanı "Drita"ya gəldiyimizdə "Balkani" ilə 12 xallıq fərqimiz var idi. Biz bu fərqi 2 xala qədər endirmişdik. Liqanın bitməsinə 6 oyun qalmış "Balkani" ilə qarşılaşdıq, qalib gəlirdik. Ancaq artırma dəqiqələrində qol buraxdıq və görüş heç-heçə bitdi. "Balkani"nin önünə keçmək şansını əlimizdən qaçırdıq. Bundan sonra "Balkani" sonuna qədər liderliyi əlində saxlayıb, sonda da çempion oldu. Bu mövsüm isə artıraraq 11 xallıq fərq yaratdıq. Çempionluğa ən ciddi namizəd bizik. Təbii ki, Kosovo liqası rəqabəti yüksək liqadır. Burda tək rəqabət iki komanda arasında keçmir. "Priştina", "Llapi", "Gjilan" komandaları da yatırımlar edir, hədəfləri olan komandalardır. Uzun müddət dominant olmağımız üçün stadion və baza məsələsində ciddi yatırımların olması lazımdır. Stadion sarıdan bir az çətinliklər yaşayırıq. Bununla bağlı ən qısa zamanda bir çıxış yolu tapacağımıza dair ümidvarıq.

- ”Qarabağ” uzun illərdir ki, Avropada müxtəlif turnirlərdə iştirak edir. “Drita”nın da bu yolla irəliləməsi mümkündür? Heç “Qarabağ”ı özünüzə nümunə götürürsüz?
- "Qarabağ"ı öncəki illərdə Avropada daim izləyirdim və uğurları ilə qürur duyurduq. Zəkəriyyə Ramadani ilə birlikdə "Qarabağ"ın uğurlarını hər zaman yüksək dəyərləndirirdik. Təbii ki, bizim də hədəflərimizdə Avropada uğurlu olmaq var. Bu mövsüm "Drita" tarixində ilk dəfə Konfrans Liqasında pley-off mərhələsinə qədər gəldi. Təəssüf ki, uduzduq. Yeni sezon üçün bunun üzərinə qoyaraq, Avropada daha da irəli getmək, əsas mərhələyə düşmək istəyirik. Bunun üçün əlimizdən gələnin artığını edəcəyik.

- "Qarabağ”ı son zamanlarda izləmisən? Bu sezon Avropa Liqasının yeni formatında uğurlu olmağı bacarmadılar. Səncə, niyə belə oldu?
- Təəssüf ki, "Qarabağ"ı bu mövsüm çox da izləyə bilmədim. Bizim təqvim çox sıx idi və vaxt tapa bilmirdik. Ötən mövsüm isə "Qarabağ"ı tez-tez və yaxından izləmək şansım olub. Xüsusilə də, Avropadakı oyunlarına baxırdım. "Bayer"ə qarşı görüşlər çox həyəcanlı keçmişdi. "Qarabağ" yalnız son dəqiqə qolları ilə turu əldən vermişdi. Mən də buna çox üzülmüşdüm. Çünki mərhələ adlamalarını çox istəyirdim. Ötən mövsüm "Bayer"ə ən çətin anlar yaşadan komanda "Qarabağ" idi.

- Qurban Qurbanovla indi də ünsiyyətiniz var? Zəkəriyyə Ramadani və ya siz özünüz “Qarabağ”ı ziyarət etməyi düşünürsüz? 
- Xeyr, təəssüf ki, Qurban Qurbanovla görüşümüz olmayıb. Emrah Çəlikəl və Asif Əsgərovla ara-sıra mesajlaşırıq. Ümumilikdə, onları təbrik etmişdim. "Qarabağ"ı ziyarət etmək məsələsi isə açığı, heç müzakirə mövzusu olmayıb. Amma belə bir şey olarsa, çox yaxşı olardı deyə düşünürəm.

- “Drita” çempion olarsa, Çempionlar Liqasında “Qarabağ”la qarşılaşmağı istəyərdiz? Çünki “Qarabağ” da liderdir və böyük ehtimalla Azərbaycan çempionu olacaq...
- Allah qoysa, bu cür tempdə davam edib, Çempionlar Liqasına qatılmağı da qarantiləyərik. Təbii ki, bizi ÇL-də çox çətin rəqiblər gözləyəcək. Onlardan biri də "Qarabağ" ola bilər. "Qarabağ" Çempionlar Liqasında bizdən çox daha təcrübəli komandadadır. Onlarla qarşılaşmaq bizim üçün çətin olsa da, hər zaman güclü komandalarla mübarizə aparmaq üçün hazır olacağıq. Çempionlar Liqasında uğurlu olmaq üçün öz sərhədlərimizi də aşmaq istəyirik.

İki komandaya texniki məğlubiyyət verildi Milli həyəcanı ilk dəfə Sumqayıtda - STATİSTİKA Yığmamızın növbəti rəqibi bu milli komanda olacaq Yığma komandamızın heyətində dəyişiklik edilib Azərbaycan - Belarus oyununun yeri və saatı bəlli olub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://apasport.az
archiveBu xəbər 04 Mart 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri