Sədərək Ticarət Mərkəzi istiqamətində taksi sifarişi ilə bağlı iddialara Bolt dan CAVAB

29.01.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

"Sədərək" Ticarət Mərkəzindən (TM) şəhərə və əks istiqamətə taksi sifarişi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar müzakirələrə səbəb olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, iddiaya görə, "Bolt" tətbiqi üzərindən "Sədərək" Ticarət Mərkəzinə taksi sifariş etmək istəyən müştəriyə sürücü bu istiqamətdə kateqoriya dəyişikliyi edildiyini bildirib.

Sürücü iddia edib ki, artıq şəhərdən "Sədərək" TM istiqamətinə "ekonom" kateqoriyası ilə sifariş vermək mümkün deyil və bu marşrut üzrə yalnız "şəhərlərarası" kateqoriya seçilməlidir.

Məsələ ilə bağlı "Bolt" şirkəti yayılan məlumatları təkzib edib.

"Yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda həm "Sədərək" TM-dən şəhərə, həm də əks istiqamətə "Bolt" tətbiqi vasitəsilə təqdim olunan bütün taksi xidmətləri mövcud qanunvericiliyə uyğun şəkildə fasiləsiz olaraq fəaliyyət göstərir. Bu ərazi ilə bağlı hər hansı kateqoriya dəyişikliyi, məhdudiyyət və ya yenilənmə tətbiq edilməyib. Səsləndirilən fikirlər rəsmi məlumatlara əsaslanmır", - deyə şirkətdən bildirilir.

Oxunub 44

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью