Sədərək Ticarət Mərkəzi istiqamətində taksi sifarişi ilə bağlı iddialara Bolt dan CAVAB
Icma.az, Avtosfer saytına istinadən bildirir.
"Sədərək" Ticarət Mərkəzindən (TM) şəhərə və əks istiqamətə taksi sifarişi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar müzakirələrə səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, iddiaya görə, "Bolt" tətbiqi üzərindən "Sədərək" Ticarət Mərkəzinə taksi sifariş etmək istəyən müştəriyə sürücü bu istiqamətdə kateqoriya dəyişikliyi edildiyini bildirib.
Sürücü iddia edib ki, artıq şəhərdən "Sədərək" TM istiqamətinə "ekonom" kateqoriyası ilə sifariş vermək mümkün deyil və bu marşrut üzrə yalnız "şəhərlərarası" kateqoriya seçilməlidir.
Məsələ ilə bağlı "Bolt" şirkəti yayılan məlumatları təkzib edib.
"Yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda həm "Sədərək" TM-dən şəhərə, həm də əks istiqamətə "Bolt" tətbiqi vasitəsilə təqdim olunan bütün taksi xidmətləri mövcud qanunvericiliyə uyğun şəkildə fasiləsiz olaraq fəaliyyət göstərir. Bu ərazi ilə bağlı hər hansı kateqoriya dəyişikliyi, məhdudiyyət və ya yenilənmə tətbiq edilməyib. Səsləndirilən fikirlər rəsmi məlumatlara əsaslanmır", - deyə şirkətdən bildirilir.
Oxunub 44
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 29 Yanvar 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















