“Sədərək” və “Binə”nin yerində universitet tikiləcək?

28.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son günlər Bakının iri topdan və pərakəndə satış mərkəzləri olan “Sədərək” və “Binə” ticarət mərkəzlərinin gələcək fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb.

İddialara görə, hər iki ticarət mərkəzinin fəaliyyəti dayandırılaraq Abşeron Ticarət Mərkəzinə köçürüləcək, hazırkı ərazilərində isə universitetlər inşa olunacaq.

Yayılan məlumatlarla bağlı “Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim Modern.az-a açıqlama verib.

O, iddiaların həqiqəti əks etdirmədiyini və belə bir məsələnin gündəmdə olmadığını bildirib.

“Son günlər sosial şəbəkələrdə “Sədərək” və “Binə” ticarət mərkəzlərinin köçürülməsi, onların yerində universitetlərin tikilməsi ilə bağlı məlumatlar yayılıb. Bu xəbərlər həm ictimaiyyət, həm də sahibkarlar arasında ciddi narahatlıq və çaşqınlıq yaradıb.

Birmənalı şəkildə bildirirəm ki, yayılan məlumatlar yanlışdır və heç bir əsası yoxdur. Belə bir məsələ gündəmdə deyil. “Sədərək” Ticarət Mərkəzi hər gün olduğu kimi, fəaliyyətini normal qaydada davam etdirir. Alıcıları və sahibkarları yayılan dezinformasiyalara inanmamağa çağırıram”, – deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью