“Sədərək” və “Binə”nin yerində universitet tikiləcək?
Icma.az bildirir, Modern.az portalına istinadən.
Son günlər Bakının iri topdan və pərakəndə satış mərkəzləri olan “Sədərək” və “Binə” ticarət mərkəzlərinin gələcək fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb.
İddialara görə, hər iki ticarət mərkəzinin fəaliyyəti dayandırılaraq Abşeron Ticarət Mərkəzinə köçürüləcək, hazırkı ərazilərində isə universitetlər inşa olunacaq.
Yayılan məlumatlarla bağlı “Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim Modern.az-a açıqlama verib.
O, iddiaların həqiqəti əks etdirmədiyini və belə bir məsələnin gündəmdə olmadığını bildirib.
“Son günlər sosial şəbəkələrdə “Sədərək” və “Binə” ticarət mərkəzlərinin köçürülməsi, onların yerində universitetlərin tikilməsi ilə bağlı məlumatlar yayılıb. Bu xəbərlər həm ictimaiyyət, həm də sahibkarlar arasında ciddi narahatlıq və çaşqınlıq yaradıb.
Birmənalı şəkildə bildirirəm ki, yayılan məlumatlar yanlışdır və heç bir əsası yoxdur. Belə bir məsələ gündəmdə deyil. “Sədərək” Ticarət Mərkəzi hər gün olduğu kimi, fəaliyyətini normal qaydada davam etdirir. Alıcıları və sahibkarları yayılan dezinformasiyalara inanmamağa çağırıram”, – deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 28 Noyabr 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















