Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri" mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, mövcud təcrübə göstərir ki, problemlərin yalnız audit mərhələsində müəyyən edilməsi kifayət etmir və satınalma prosesinin planlaşdırma mərhələsindən başlayaraq risk əsaslı yanaşmanın tətbiqi zəruridir:
"Dövlət satınalmalarında preventiv yanaşmanın gücləndirilməsi, risklərin əvvəlcədən müəyyən edilərək aradan qaldırılması büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verə bilər. Ehtimal olunan qiymətin əsaslandırılmış şəkildə hesablanması, müsabiqəsiz satınalma hallarının minimuma endirilməsi və müqavilə şərtlərinin dəyişdirilməsinə nəzarətin gücləndirilməsi preventiv mexanizmlərin əsas elementləridir".
Sədr əlavə edib ki, hüquqi çərçivənin təkmilləşdirilməsi ilə yanaşı, institusional imkanların və əməliyyat qabiliyyətlərinin artırılması da preventiv nəzarətin effektivliyini təmin edən əsas amillərdəndir: "Məqsəd pozuntunu aşkar etmək deyil, onun baş verməsinin qarşısını almaqdır".
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Onun sözlərinə görə, mövcud təcrübə göstərir ki, problemlərin yalnız audit mərhələsində müəyyən edilməsi kifayət etmir və satınalma prosesinin planlaşdırma mərhələsindən başlayaraq risk əsaslı yanaşmanın tətbiqi zəruridir: