Sədr: Dövlət satınalmalarında preventiv yanaşma gücləndirilməlidir
Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri" mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, mövcud təcrübə göstərir ki, problemlərin yalnız audit mərhələsində müəyyən edilməsi kifayət etmir və satınalma prosesinin planlaşdırma mərhələsindən başlayaraq risk əsaslı yanaşmanın tətbiqi zəruridir:
"Dövlət satınalmalarında preventiv yanaşmanın gücləndirilməsi, risklərin əvvəlcədən müəyyən edilərək aradan qaldırılması büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verə bilər. Ehtimal olunan qiymətin əsaslandırılmış şəkildə hesablanması, müsabiqəsiz satınalma hallarının minimuma endirilməsi və müqavilə şərtlərinin dəyişdirilməsinə nəzarətin gücləndirilməsi preventiv mexanizmlərin əsas elementləridir".
Sədr əlavə edib ki, hüquqi çərçivənin təkmilləşdirilməsi ilə yanaşı, institusional imkanların və əməliyyat qabiliyyətlərinin artırılması da preventiv nəzarətin effektivliyini təmin edən əsas amillərdəndir: "Məqsəd pozuntunu aşkar etmək deyil, onun baş verməsinin qarşısını almaqdır".
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Dövlət satınalmalarında yenilik
04 İyul 2026 10:54
Efirlərə dövlət nəzarəti gücləndirilməlidir
24 Fevral 2026 15:01
Dövlət Agentliyi təchizatçıları dövlət satınalmalarında fəal iştiraka çağırıb
14 Avqust 2026 16:53
“Dövlət orqanlarının fəaliyyətindəki əlaqələndirmə gücləndirilməlidir”
25 Noyabr 2024 15:33
Dövlət xərclərinə nəzarət gücləndirilməlidir Deputat
13 Aprel 2026 12:47
Baxış sayı:88
Bu xəbər 27 Fevral 2026 22:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları