Səfər qadağası Ayaks azarkeşlərini dayandırmadı Video

22.03.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video

Bu gün "Feyenoord"la baş tutan qarşılaşmadan öncə "Ayaks" azarkeşləri Niderlandın əsas magistral yollarından birinə çıxaraq təhlükəli dəstək nümayişi təşkil ediblər.

QOL.az xəbər verir ki, tərəfdarlar avtobusa yaxınlaşaraq fişənglər yandırıb, bu isə yolda hərəkəti çətinləşdirib və ciddi tıxaclara səbəb olub. Bəzi azarkeşlərin avtobusa zərbələr endirdiyi və nəqliyyat vasitəsinə cüzi ziyan vurduğu bildirilir.

Eyni zamanda digər azarkeş qrupu “Yohan Kroyff Arena”nın qarşısında toplaşaraq komandanı dəstəkləyib.

Xatırladaq ki, 2009-cu ildən bəri "Ayaks" və "Feyenoord" arasındakı oyunlara rəqib komandanın azarkeşlərinin buraxılmaması barədə qadağa qüvvədədir. Bu qərar Niderland futbolunun ən gərgin derbilərindən biri ətrafındakı atmosferi daha da alovlandırır.

Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью