Səfər qadağası Ayaks azarkeşlərini dayandırmadı Video
Icma.az bildirir, Qol.az portalına istinadən.
Bu gün "Feyenoord"la baş tutan qarşılaşmadan öncə "Ayaks" azarkeşləri Niderlandın əsas magistral yollarından birinə çıxaraq təhlükəli dəstək nümayişi təşkil ediblər.
QOL.az xəbər verir ki, tərəfdarlar avtobusa yaxınlaşaraq fişənglər yandırıb, bu isə yolda hərəkəti çətinləşdirib və ciddi tıxaclara səbəb olub. Bəzi azarkeşlərin avtobusa zərbələr endirdiyi və nəqliyyat vasitəsinə cüzi ziyan vurduğu bildirilir.
Eyni zamanda digər azarkeş qrupu “Yohan Kroyff Arena”nın qarşısında toplaşaraq komandanı dəstəkləyib.
Xatırladaq ki, 2009-cu ildən bəri "Ayaks" və "Feyenoord" arasındakı oyunlara rəqib komandanın azarkeşlərinin buraxılmaması barədə qadağa qüvvədədir. Bu qərar Niderland futbolunun ən gərgin derbilərindən biri ətrafındakı atmosferi daha da alovlandırır.
Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 22 Mart 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















